Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   2   3   4   5   6   7   8   9   ...   25
glossary

 
Dayaq bloku 
Polad dayaqlar üzərində quraşdırılmış 
dəniz platformasının üst tikililəri saxlayan 
konstruksiyası 
Dehidrasiya (qurutma) 
Qaz axınından suyun xaric edilməsi. 
Dənizə yola salma 
Avadanlığın gəmi vasitəsilə sahildən yola 
salınması və dənizdəki yerinə gətirilməsi 
prosesi. 
Deqazator 
Geri qayıdan qazma məhlulu axınındakı 
tutulmuş qazı xaric edən separator 
Həmçinin neft axınından müxtəlif növ 
qazları xaric edən hər hansı proses.
Desibel (dB) 
Səs intensivliyi ilə bağlı iki güc 
səviyyəsinin müqayisəsi üçün istifadə 
olunan ölçü vahidi (“bel”in onda bir 
hissəsi). 
Dispersant  
Az toksikliyə malik həlledicilərdə həll 
edilmiş təmizləyici vasitələrə bənzər səthi 
aktiv maddələrdən ibarət xüsusi neft 
dağılması 
əleyhinə 
məhsullar. 
Dispersantlar faktiki olaraq nefti sudan 
xaric etmir, lakin bunun əvəzində neft 
təbəqəsini kiçik hissəciklərə parçalayır ki, 
bu da sonra suda dispersiya olunur və 
daha sonra təbii proseslər nəticəsində 
parçalanır. 
Doğum Səviyyəsi 
İldə hər 1000 nəfərə düşən uşaq doğumu. 
Donma Temperaturu
Mayenin donacağı yaxud 
müəyyənləşdirilmiş şərtlər altında axacağı 
ən aşağı temperatur. 
Dövrə (sirkulyasiya) 
Flüidlərin (əsasən də qazma məhlulunun) 
qazma sütunu daxilinə endiyi və borular 
arasındakı fəza vasitəsilə səthə geri 
qayıtdığı yol. 
Drenaj suları üçün suyığıcı ərazilər 
Torpağın müxtəlif sahələrdə təbii şəkildə 
elə bir formada əmələ gəlir ki, yağıntı 
şəklində yerə düşən suların ərazinin ən 
aşağı hissəsinə axmasına şərait yaradır. 
Duru sement məhlulu 
Sement və tullantı qarışığı. 
Duzluluq 
Sulu məhlulda həll olmuş duzun ümumi 
miqdarı. Adətən, mində bir hissəciklə ifadə 
olunur. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin