Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   2   3   4   5   6   7   8   9   ...   25
glossary

Bazel Konvensiyası 
Təhlükəli tullantıların transsərhəd 
daşımaları və digər təhlükəli tullantıların 
idarə olunması ilə bağlı məsələləri ehtiva 
edən beynəlxalq hüquqi saziş. 
Bənd 
Zədələnmə və ya material dağılması baş 
verdiyi təqdirdə mayelərin yığılması üçün 
saxlama çəninin 
ətrafına çəkilən 
lokallaşdırıcı sədd. 
Beynəlxalq Maliyyə Korporasiyası 
Dünya Bankının üzvü olan təşkilatdır və 
inkişaf etməkdə olan ölkələrdə özəl 
sektorun davamlı inkişafını təşviq edir.
Biokütlə 
Nəzərdə tutulan miqdar daxilindəki canlı 
cisimlərin ümumi kütləsi. 
Bioloji cəhətdən parçalanan 
Torpaqdakı, sudakı və atmosferdəki 
mikroorqanizmlər tərəfindən sadə 
birləşmələrə parçalanmağa həssas olan. 
Bioloji parçalanma əksər hallarda toksik 
üzvi birləşmələri qeyri-toksik, yaxud daha 
az toksikliyə malik üzvi birləşmələrə 
çevirir.
Bioloji müxtəliflik 
Hər hansı ərazidə bitki və heyvan 
növlərinin sayı. 
Biosidlər 
Bakteriyaların və digər orqanizmlərin 
artımının (seçim əsasında) qarşısını 
almaq, yaxud məhdudlaşdırmaq 
məqsədilə flüidlərə əlavə edilən kimyəvi 
reagent. 
Boru kəmərinin sahilə çıxdığı yer 
Dənizdə çəkilmiş boru kəmərinin sahilə 
çıxdığı ərazi. 
Boru stellajı 
Qazma buruğunda qazma borularının 
istifadəyə hazır dəstəsinin şaquli şəkildə 
yığıldığı yer. 
Borudüzmə barjı 
Boru kəmərlərini bir-birinə qaynaq etmək 
və onları dəniz dibinə yerləşdirmək üçün 
dizayn edilmiş gəmi. 
Boruların arasındakı fəza 
Quyu lüləsi və qoruyucu kəmər və ya 
qoruyucu kəmər və nasos-kompressor 
borusu kimi iki konsentrik obyekt 
arasındakı boşluq. 
Borunu yağlamaq üçün qatı sürtkü yağı 
Yivin yeyilərək aşınmasının qarşısını 
almaq üçün boru birləşmələrinə çəkilən 
sürtkü yağı. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin