Microsoft Word Glossary sd2 esia final az


Efemer  Qısa müddət yaşayan, yaxud davam edən  şey – məsələn: ilin bir sıra ayları ərzində  çayın axması.  Ehtimal



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   2   3   4   5   6   7   8   9   ...   25
glossary

Efemer 
Qısa müddət yaşayan, yaxud davam edən 
şey – məsələn: ilin bir sıra ayları ərzində 
çayın axması. 
Ehtimal 
Fəaliyyətin və ya təsirin baş vermə 
mümkünlüyü. 
Ekoloji aspekt 
Təşkilatın fəaliyyətlərinin, məhsullarının, 
yaxud xidmətlərinin ətraf mühitlə qarşılıqlı 
təsirə malik ola bilən və ona görə də 
idarəetmə forması tələb edən elementi. 
Ekoloji reseptorlar 
Ətraf mühitə təsirin birbaşa yaxud dolayı 
yolla təsir göstərdiyi hər hansı müxtəlif 
orqanizmlər. 
Ekosistem 
Müəyyən bir ərazidə mövcud olan bütün 
canlı orqanizmlərin bir-biri ilə qarşılıqlı 
əlaqəsi və onların qeyri-canlı materiallar ilə 
əlaqəsi.
Elastik sualtı kabel 
Dənizaltı mühiti dənizin səthi ilə birləşdirən 
boru, yaxud xətt. 
Emulsiya  
İki və ya daha çox bir-biri ilə qarışmayan 
mayelərin qarışığı – birinin digərində 
dispersiya olunması. 
Espoo Konvensiyası 
ƏMSSTQ tətbiq etməklə ekoloji baxımdan 
zərərsiz və davamlı iqtisadi inkişafı təşviq 
edən regional hüquqi saziş. 
Etnoqrafiya 
Ayrı-ayrı etnosların, insan qruplarının, 
tayfaların adət-ənənələrinin, mədəni 
irslərinin öyrənilməsi. 
Endemik 
Lokal ərazi daxilində mövcud olan, yaxud 
bu cür ərazidəki orqanizmlərə xas olan. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Xüsusi terminlər lüğəti 
Ərp əleyhinə inhibitor 
Avadanlıqda, boru xətti sistemində, yaxud 
qoruyucu kəmərlərdə kalsium karbonatlar 
və sulfatlar kimi bərk hissəciklərin 
çökməsini minimuma endirmək üçün əlavə 
edilən maddələr.
Ərsin (ərsin sistemi) 
Boru kəmərinə salınan və boru kəmərində 
maye ilə hərəkət etdirilən silindrik, 
kürəşəkilli və ya güllə formasında kapsul. 
Ərsinin əsas vəzifəsi boru kəmərini 
pasdan, parafindən və ya digər 
çöküntülərdən təmizləməkdir. Daha 
mürəkkəb ərsinlərdə (avtomatik ərsinlər 
adlandırılır) boru kəmərinin texniki baxışını 
həyata keçirmək üçün nəzarət-ölçü 
cihazları mövcud olur. 
Ərsinləmə 
Boru kəmərinin daxilinin təmizlənməsi və 
ya ölçülməsi, ərsinləmə zamanı boru 
kəmərinin içərisinin təmizlənməsi üçün 
xəttin içi ilə “ərsin” göndərilir. 
Əhatə dairəsi 
Qurğunun, binanın və yaxud təsirə məruz 
qalmış sahənin torpağa məkan 
baxımından təsiri/təzyiqi. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin