Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə13/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
glossary

Qamış-bataqlıq ərazi 
Yağıntılardan sonra səth sularının 
müvəqqəti toplanması ilə əlaqəli olan bitki 
toplumu, bu toplumda Tamarix meyeri 
kolları üstünlük təşkil edir və buna, adətən, 
çökəkliklərdə və drenaj xətləri boyunca 
rast gəlinir. 
Qamışlıq 
Dayaz sulu yerlərdə və ya həmişə rütubətli 
və yumşaq olan torpaqda iri dəstələrlə 
bitən hündür bitkilər. 
Qarınayaqlılar 
İlbizlər kimi qarınayaqlılar sinfinə mənsub 
olan müxtəlif molyusklardan hər hansı biri. 
Qazılmış şlamlar 
Qazma nəticəsində süxurlardan ayrılmış 
və dövr etdirilən qazma məhlulu axını 
vasitəsilə səthə çıxarılmış kiçik süxur 
hissəcikləri. 
Qazma baltası 
Süxurları deşmək üçün istifadə olunan 
qazma aləti. 
Qazma flüidləri 
Yataqdan neft quyusunun səthinə axan 
formasiya flüidinin tərkibindəki neft, qaz və 
su qatışığı (adətən, geoloji formasiyalarda 
yaranan mayelər və qazlar).
Qazma kolonu 
Qazma baltasını qazma qurğusu ilə 
birləşdirən boru təşkil etmək üçün bir-
birinə 
bərkidilmiş polad boruların 
uzunluqları. Kolon lülənin qazılması üçün 
fırladılır və qazma flüidlərini baltanın 
qazma ucluğuna ötürür. 
 
Qazma məhlulu 
Qazma borusu (kolonu) və qazma baltası 
vasitəsilə quyunun dibinə vurulan su və ya 
neft ilə və kimyəvi aşqarlar ilə qarışdırılmış 
halda olan xüsusi gil. Qazma məhlulu 
qazma baltasını sürətlə soyudur, qazma 
borusu quyu lüləsində fırlandığı zaman 
onu sürtkü vasitəsilə təmin edir, süxur 
şlamlarını səthə daşıyır və quyu lüləsinin 
divarlarının uçmasının qarşısını alan bir gil 
qabığı (örtük) rolunu oynayır. Həmçinin 
qazma flüidi də adlandırılır. 
Qazma qurğusu 
Quyunun qazılması üçün zəruri olan 
avadanlıqları təsvir edən ümumi termin. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin