Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   17   18   19   20   21   22   23   24   25
glossary

 
Sement məhlulu 
Boşluqların və ya birləşmə yerlərinin 
doldurulması üçün istifadə olunan 
material. 
 
Səmt qazı 
Xam neftin bir hissəsi kimi və ya onun 
digər tərkib hissələri ilə birlikdə aşkar 
edilmiş təbii qaz. Bu, xam neftdə həll ola 
və ya neftdən yuxarı sərbəst qaz papağı 
kimi aşkar edilə bilər. 
Separator 
Karbohidrogen axınındakı qazları və 
mayeləri bir-birindən ayırmaq üçün istifadə 
olunan texnoloji kamera. 
Səthi aktiv maddə 
Səthi gərilməni azaldan əlavə maddə
məsələn: təmizləyici maddə, yaxud, 
emulqator. 
 
Seysmik 
Verilmiş rayonda seysmik fəallığın 
xüsusiyyətləri (məsələn: tezliyi və 
intensivliyi). 
Son orta əsrlər 
Azərbaycanda son orta əsrlər 15-ci əsrdən 
18-ci əsrədək olan dövrü əhatə edir 
Stinger 
Barjın arxa hissəsindən kənara uzanan və 
boruların düzülməsində istifadə olunan 
dayaq qolu.
Stokholm Konvensiyası 
Hökumətlərdən dayanıqlı üzvi 
çirkləndiricilərin atqısının azaldılmasını 
tələb edən beynəlxalq hüquqi saziş. 
Su birəsi (dafniya) 
Uzunluğu 0.2-5mm arasında dəyişən kiçik 
plankton onurğasız, kladosera. 
Su əsaslı qazma məhlulları (SƏQM) 
Su 
əsasında bərk hissəciklərin 
suspenziyasından ibarət qazma məhlulu. 
Sulu-bataqlıq sahə 
Torpağı daimi, ya da mövsümi olaraq 
rütubətlə doymuş ərazi. 
 
Suötürücü boru 
Suyun ötürülməsi üçün istifadə olunan 
süni konstruksiya.
 
Suvurma/Suyun Təkrar Laya Vurulması 
Suyun laya, yaxud quyuya vurulması. 
Sürfə 
Heyvanın/canlının metamorfoz yolu ilə 
digər bir formaya keçdiyi yetişməmiş 
sərbəst yaşayan inkişaf mərhələsi. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin