Microsoft Word Glossary sd2 esia final az


Quyudakı təzyiqin idarə olunması üçün



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə15/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
glossary

Quyudakı təzyiqin idarə olunması üçün 
flüid 
Hidravlik maye və ya mühit növü. Bu 
mayenin sayəsində enerji hidravlik 
qaydada işləyən sistemlərə ötürülür. ŞD2 
Layihəsində bu maye hidravlik qaydada 
işə salınan klapanların işlədilməsi üçün 
sualtı nəzarət sistemlərində enerji mənbəyi 
kimi istifadə edilən su əsaslı flüiddir.
Quyudan atqı
Quyu təzyiqinin nəzarətsiz şəkildə və ya 
nəzarət edilə bilməyən qaydada quyu 
lüləsi yaxud qoruyucu kəmər vasitəsilə 
yuxarıya doğru sızması. 
Quyunun əsaslı təmiri 
Hasilatın bərpa edilməsi və ya artırılması 
üçün hasilat quyusunda aparılan 
əməliyyat. Quyunun təmiri quyunun 
məhsuldarlığını artırmaq, quyu 
gövdəsindən qumu və ya parafini 
çıxarmaq, quyuya mexaniki qulluq 
göstərmək və ya digər səbəblərə görə 
həyata keçirilə bilər.
Quyunun əsaslı təmiri üçün işlədilən 
maye 
Quyuya nəzarət etmək üçün maye
adətən, əsaslı təmir əməliyyatları zamanı 
istifadə olunan duzlu su.
 
Quyunun sınağı 
Karbohidrogenlərin kollektordan necə 
ötürüləcəyi, quyunun məhsuldarlığı və 
kollektorun xüsusiyyətləri barədə 
informasiyanı təmin etmək məqsədi ilə 
quyudakı flüidlərin axıdılması. 
Quyunun təmizlənilməsi 
Quyu lüləsinin istifadə olunmuş flüidlərdən 
azad edilməsi. Bu proses, quyunu ilkin 
vəziyyətinə qaytarır və quyu lüləsinə axır 
və oradan da nasosla, yaxud dövrə 
(sirkulyasiya) ilə vurulub geri çıxarılır və 
beləliklə, quyunu təmizləyir. 
Lay dəsti 
Ayrıca, adətən paralel süxur layları. 
Lay suyu 
Hasil olunmuş neftlə/kondensatla təbii 
şəkildə bir yerdə çıxan su. Həmçinin hasil 
lay suyu da adlandırılır. 
Lay təzyiqi 
Bağlı quyunun lay dərinliyindəki təzyiq. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin