Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi terminlər lüğəti
Toksiklik sınağı
Sınaq maddəsinin bir sıra
konsentrasiyalarının təsirinə məruz qalma
nəticəsində meydana çıxan toksikliyin
ölçülməsi prosedurları Su mühitindəki
toksiklik sınağı zamanı, təsir adətən, ya
təsirə
məruz qalmış orqanizmlərin
miqdarına, ya da orqanizmin nümayiş
etdirdiyi təsirin dərəcəsinə
əsasən
müəyyən edilir.
Toqquşan plitə sərhədi
İki (və ya daha çox) tektonik plitənin,
yaxud litosferin bölünmüş hissələrinin bir-
birinə doğru hərəkət etdiyi və toqquşduğu
fəal surətdə deformasiyaya uğrayan
region.
Transsərhəd təsir
İki geosiyasi bölgü sərhədi (yəni dövlət
sərhədi) arasındakı hər hansı hüdudları
keçən təsir.
Tufanın yaratdığı iri dalğalar
Aşağı təzyiqli meteoroloji şərtlər ilə
əlaqədar dənizdə qalxma. Buna, adətən,
su kütləsinin səthinə təsir göstərən güclü
küləklər səbəb olur.
Tullantı poliqonu
Tullantı materiallarının basdırılmaqla
kənarlaşdırıldığı yer.
Üst tikililər/ üst modullar
Qazma qurğusunun bir hissəsi – buraya
üst göyərtə, aralıq göyərtə, aşağı göyərtə
və alt göyərtə daxildir.
Üzmə qovuğu
Əksər sümüklü balıqların malik olduğu
üzmə qabiliyyətini təmin edən orqan.
Vadi
Qısamüddətli (efemer) xarakterə malik ola
bilən və yalnız güclü yağıntıdan sonra və
yaxud ilin müəyyən dövrlərində axına
malik olan çay vadisi.
Dostları ilə paylaş: