Atqı Əleyhinə Preventor (AƏP)
Quyudan neftin, yaxud qazın nəzarətsiz
sızmasının (çıxmasının) qarşısını almaq
üçün istifadə olunan hidravlik mexanizmli
qurğu.
Avadanlıqların yığıldığı sahə
Təchizat malları və materiallar üçün
müvəqqəti anbar sahəsi.
Avrasiya
Avropa və Asiyanın uzanmış quru sahəsi
və xüsusən də iki kontinentin birləşdiyi iri
qeyri-müəyyən region.
Avropa üçün ətraf mühit
BMT-nin Avropa üzrə İqtisadi Komissiyası
(UNECE) daxilində üzv dövlətlərin (o
cümlədən Azərbaycanın) və digər
təşkilatların tərəfdaşlığı.
Avtosisternlər
Yanacaq və ya su daşımaq üçün çən
quraşdırılmış nəqliyyat vasitəsi.
Axın xətti
Neftin/qazın quyudan dəniz platformasının
texnoloji avadanlığına nəqlini təmin edən
boru.
Axıntı suyu
İstismar, yaxud texnoloji proses
nəticəsində maye halında axıdılan
tullantılar.
Dostları ilə paylaş: |