Diaqnostik (laborator) testlər
Xlamidiyanın DNT-nin təyini üçün polimeraz zəncirvari reaksiya- identifikasiyanın qızıl
standartıdır(B:I)
Birbaşa xlamidia immunoflüoressens test +/- konyunktival epitel hüceyrələrin xlamidiya
kulturası (C:II)
Xlamidiya kulturası (əldə olunması çətindir) (C:II)
Koyunktival qaşıntının Gimza üsulu ilə boyanması tətbiq edilir:
o
Epitelial hüceyrələrin bazofil intrasitoplazmatik əlavələrinin və (C:III)
o
Polimorfnuklear leykositlərin təyinində (C:III)
Müalicə
Traxomanın müalicəsi tam icma əsaslı olmalıdır.ÜST “SAFE” ( startegiya, trixiazın
aradan qaldırılması əməliyyatı, icma miqyaslı antibiotik müalicəsi, üzün gigiyenası
barədə maarifləndirmə və ətraf mühitin abadlaşdırılması )proqramını tövsiyyə edir
(B:III)
Cərrahi: trixiazis cərrahiyyəsi (ikiqat torzal rotasiya və ya Trabut əməliyyatı)
aşağıdakılardan biri mövcud olarsa, həyata keçirilməlidir:
Xəstə birbaşa önə baxan zaman bir və ya daha çox kirpiyin buynuz qişanı
qıcıqlandırması (A:II)
Buynuz qişanın trixiaz nəticəsində zədlənməsini sübut edən dəyişikliklərinin
olması (B:II)
Trixiaz nəticəsində ağır diskomfort (C:III)
o
Trixiaz cərrahiyyəsi üçün əks-göstərişlərə göz qapaqlarının qapanma defekti,
xəstənin az yaşlı olması (ümumi anesteziyaya ehtiyacı var) , səhhətdəki ümumi
problemlər daxildir. (C:III)
o
Cərrahi əməliyyatdan imtina edildikdə kirpiklərin epilyasiyasını alternativ variant
kimi nəzərdən keçirilməli. (B:III)
İcmada olan 1-9 yaşlı uşaqların 10%-dən çoxu aktiv traxomadan əziyyət çəkərsə, icma-
miqyaslı antibiotik müalicəsi tövsiyyə edilməli. Klinik aktiv vəziyyətlərin müalicəsi geniş
yayılmamış hallarda tövsiyyə edilir. Ailə üzvləri infeksiyanın aktiv əlamətləri olmadıqda
belə müalicə olunmalıdırlar. (B:II)
ÜST tərəfindən aşağıdakı antibiotik müalicəsi tövsiyyə olunur:
o
Tək doza azitromisin: 16 yaşdan aşağı uşaqlarda 20 mq/kq (maksimal doza
1 gr.); böyüklərdə 1 gr-dır. (A:I)
o
Və yaxud hamilə qadınlarda, 6 aydan kiçik uşaqlarda, həmçinin
makrolidlərə allergiyası olan şəxslərdə 6 həftə müddətində gündə 2 dəfə
olmaqla 1%-li tetrasiklin göz məlhəmini hər iki gözə istifadə etməli (A:I)
o
Traxoma üçün endemik regionlarda laborator təsdiqlənmə olmadan belə
follikulyar konyunktivitlərin müalicəsi həyata keçirilə bilər (A:I)
Üzün gigiyenası: üzü təmiz su ilə yumaq üçün şərait yaratmalı. Üzün təmiz olması
traxomanın olmamasına zəmanət vermir və üzün gigiyenasına riayət etdikdə belə
traxomanın aktiv formalarına rast gəlmək olar. (B:II)
Ə
traf mühitin abadlaşdırılması: (su təminatını təkmilləşdirməli, ayaqyoluların təmizliyi
və milçəklərə nəzarət). Musca sorbens cinsindən olan milçəklər traxomanın yayılmasında
xüsusi rol oynayırlar. (B:II)
Dostları ilə paylaş: |