Tövsiyyələr aşağıdakılardan ibarətdir:
Yaşla əlaqədar Makulyar Degenerasiya (İlkin və sonrakı müayinələr)
Yaşla əlaqədar Makulyar Degenerasiya (Müalicəyə dair tövsiyyələr)
Ambliopiya (İlkin və sonrakı müayinələr)
Bakterial keratitlər (İlkin qiymətləndirmə)
Bakterial keratitlər (Müalicəyə dair tövsiyyələr)
Blefaritlər (İlkin və sonrakı müayinələr)
Katarakta (İlkin müayinə)
Konyunktivitlər (İlkin müayinə)
Diabetik retinopatiya (İlkin və sonrakı müayinələr)
Diabetik retinopatiya (Müalicəyə dair tövsiyyələr)
Quru göz sindromu (İlkin müayinə)
Ezotropiya-Daxili çəpgözlük (İlkin və sonrakı müayinələr)
Cüzam zamanı görmə üzvünün xəstəlikləri(İlkin və sonrakı müayinələr)
Şüşəvari cismin arxa qopması, tor qişanin cırıqları və «Lattis» degenerasiyası (İlkin və
sonrakı müayinələr)
Birincili açıq bucaqlı qlaukoma (İlkin müayinə)
Birincili açıq bucaqlı qlaukoma (Sonrakı müayinələr)
Birincili açıq bucaqlı qlaukomaya şübhə (İlkin və sonrakı müayinələr)
Birincili qapalı bucaqlı qlaukoma (İlkin müayinə və müalicə)
Traxoma
Ön söz.
Beynəlxalq Klinik Tövsiyyələr Oftalmoloji Təşkilatların Beynəlxalq Federasiyasının
tələbi ilə Beynəlxalq Oftalmologiya Şurasi tərəfindən hazırlanıb.
Tövsiyyələrin əsas məqsədi oftalmoloqlara dəstək və oftalmoloji təhsilin artırılması,
həmçinin xəstələrə yüksək keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.
Onlar hazirlanarkən Amerika Oftalmologiya Akademiyası tərəfindən tərtib edilmiş İstinad
Olunan Praktik Nümunələrə əsaslanmışdır.
Bu cür tövsiyyələrin ümumi standart şəklində təqdim edilməsi bəzi çətinliklərlə
müşahidə edilir. Beləki, müxtəlif coğrafi şərait, avadanlıq potensialı, xəstələrin müxtəlifliyi
və s. ümumi standartların hazırlanmasında çətinlik törədir.
Tövsiyyələr müayinələr zamanı istifadə olunan avadanlıqların, dərman vasitələrinin və
cərrahi müdaxilələrin istifadəsi üçün xüsusi göstərişlər toplusudur.
Beləliklə, əsas gözlənilən məqamlar əldə olunub və əgər şərait imkan verirsə,
diaqnozun qoyulması, müalicə və sonrakı müayinələr həyata keçirilə bilər. Hətta uyğun şərait
olmasa belə yüksək səviyyəli xidmət göstərmək mümkündür.
Qeyd etmək lazımdır ki, tövsiyyələrin kor-koranə yerinə yetirilməsi müvəffəgiyyətli
nəticənin əldə olunmasına təminat vermir. Burada xəstələrin fərdi xüsusiyyətləri, mövcud
şərait, həmçinin həkimin fərdi bacarığı nəzərə alınmalı və vəziyyətdən asılı olaraq müxtəlif
dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyü nəzərdən qaçırılmamalıdır.
Qeyd olunan tövsiyyələr tibbi təcrübəyə və ən son elmi məlumatlara əsaslanaraq tərtib
olunmuşdur. BOŞ istifadə olunan məlumatları mütəmadi olaraq (təqribən hər iki, üç ildən
bir) təzələmək üçün öhdəlik götürmüşdür.
Dostları ilə paylaş: |