İlkin obyektiv müayinə
Görmə itiliyi (A:III)
Makulanın stereobiomikroskopik müayinəsi (A:I)
Yardımçı müayinələr
YƏMD zamanı göz dibinin flüoressein angioqrafiyası aşağıdakı klinik hallarda həyata
keçirilməldir: (A:I)
Xəstə yeni metamorfopsiyalardan şikayət etdikdə
Xəstədə izah edilə bilməyən bulanıq görmə olduqda
Klinik müayinələr tor qişanın və ya retinal piqment hüceyrələrin qabardığını,
subretinal hemorragiyanı, sərt eksudatları və ya subretinal fibroz toxumanı
aşkarladıqda
Xoriovitreal neovaskulyarizasiyanı (XVN) aşkar etmək, onun ölçülərini, tipini,
yerləşməsini müəyyənləşdirmək, həmçinin xoriodal neovaskulyarizasiya ilə (XNV)
zədələmiş nahiyyəni dəqiqləşdirdikdə
Müalicəyə tövsiyyə (laser fotokoaqulyasiya, cərrahiyyə və ya vertoporfin fotodinamik
terapiya)
Müalicədən sonra XNV-nin davamlığını və ya yenidən əmələ gəlməsini
müəyyənləşdirmək lazım olduqda
Görmənin itirilməsinin səbəbini klinik müayinələrlə izah etmək mümkün olmadıqda,
onun təyin olunmasına yardım zamanı
Baş verə biləcək ağırlaşmaların qarşısını almaq məqsədilə hər bir angioqrafik müayinə
keçirilən yer təcili vəziyyətlərdə tələb olunan vasitələrlə təchiz olunmalıdır. (A:III)
Dostları ilə paylaş: |