Qüzehli qişanın müayinəsi daxil olmaqla yarıqlı lampa ilə biomikroskopiya (A:II)
Qonioskopiya ( neovaskulyarizasiyaya şübhə olduqda, GDT olduqda və ya artdıqda )
Yardımçı testlər
Minimal diabetik retinopatiyalı və ya ilkin fotoqrafik təsvirdən sonra dəyişməz olaraq
qalan hallarda göz dibinin fotografiyası nadir hallarda əhəmiyyət kəsb edir (A:III)
Göz dibinin fotografik müayinəsi xəstəliyin nəzərə çarpan dəyişikliklərini izləmək və
müalicənin effektini müşahidə etmək üçün faydalı ola bilər (B:III)
Flüoressein angioqrafiyası KƏMÖ-nin (A:III) müalicəsi üçün tövsiyyə zamanı və
naməlum səbəbli görmə itiliyinin zəifləməsinin təyin edilməsi üçün istifadə oluna bilər
(A:III). Angioqrafiya makulyar kapilyarların qeyri perfuziyasını (A:II) və ya makulyar
ödemin ( və ya hər ikisinin) səbəbini təyin etməyə kömək edə bilər.
Flüoressein angioqrafiyası diabetli xəstələrə müayinənin bir hissəsi kimi kor-koranə
təyin edilməməlidir (A:III)
Flüoressein angioqrafiyasının KƏMÖ-nin və ya PDR-in diaqnostikasında istifadəsi
lüzumsuzdur, beləki, onların hər ikisi klinik müayinələrlə müəyyən edilə bilər
Dostları ilə paylaş: