21
İlyas Tapdığı mən həm sevə-sevə, həm də ondan öyrənə-
öyrənə tərcümə edirəm. O, Azərbaycan folklorunu gözəl bilir.
Özü də müdrik bir nağılçıdır – poetik nağılçı. Mən sidq ürəkdən
deyirəm, o, bizim Rusiyanın Marşak, Mixalkov, Borto, Prilejaye-
va kimi uşaq ədəbiyyatı korifeyləri ilə bir sırada dayana bilər.
Valentin Berestov, rus şairi Uşaqlara təbiəti sevdirən, onun mahiyyəti, faydası, tükənməz
zövq mənbəyi olması barədə ağıllı yazılan əsərlərin dəyəri çox-
dur. İlyas Tapdıq uşaq psixologiyasını və təbiəti dərindən duyur.
Bu iki keyfiyyət onun “Təpələr” adlı kitabına topladığı şeirlərin
bədii vəhdətində aydın görünür. Onun təbiətə dair uşaq şeirləri
pillə-pillə qalxan yaradıcılıq yolunda əlvan çiçəklər kimidir.