İlyas Tapdığın uşaq əsərləri Mirzə Ələkbər Sabir, Abdulla
Şaiq, Abbas Səhhət, Rəşid Əfəndiyevlə başlayan uşaq poeziya-
mızın davamı kimi çox ibrətlidir. Dilinin saflığı və təmizliyi,
süjetlərin təbiiliyi, tərənnüm etdiyi ideyaların əhəmiyyətliliyi eti-
barilə bu əsərlər uşaq şeirimizin İlyas Tapdığını qələm yoldaş-
larından təmamilə fərqləndirir.
Zahid Xəlil, professor
Azərbaycan uşaqları ona görə xoşbəxtdirlər ki, onların İlyas
Tapdıq kimi gözəl şairi var.
M.Prilejayeva rus uşaq yazıçısı İlyas sevilən şairdir. Şeirləri sərhədlər keçir, ürəklərdən-ürək-
lərə yol alır, musiqi ilə qovuşur, mahnılara çevrilir, aşıqların
sazında gül açır, güllənir.
İlyas – ürək şairidir. Poeziyanın ünvanı ürəklərdir.
Èëéàñ Òàïäûã
22
İlyas Tapdığın bütün yaradıcılığı Vətənlə, ana torpaqla, ulu
xalqımızla bağlıdır. O, uca səslə deyir: “Şeirimin canıdır bu el, bu
Vətən!”.
İlyas Tapdıq xalq məhəbbəti qazanmış söz ustadıdır.