Tərtibçidən Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli
şair və tərcüməçi İlyas Tapdıq müasir uşaq ədəbiyyatında özünə-
məxsus dəsti-xətti olan uşaq şairlərindəndir. Bu sahədə xeyli
uğurlu əsərlərin müəllifi kimi tanınan İlyas Tapdıq uşaq ədə-
biyyatımızın inkişafında və zənginləşməsində xüsusi və şərəfli bir
yol keçmişdir.
İlyas Tapdığın anadan olmasının 80 illik yubileyi münasi-
bətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən
yazıçının biblioqrafik göstəricisi tərtib olunmuşdur.
Şairin həyat və fəaliyyətini əks etdirən “İlyas Tapdıq” adlı bu
biblioqrafiya görkəmli şəxsiyyətin həyat və fəaliyətinin bütün
dövrlərini əhatə edir. Biblioqrafiya iki hissədən ibarətdir. I hissə-
də İlyas Tapdığın əsərləri, II hissədə isə onun haqqında mate-
riallar öz əksini tapmışdır.
Vəsaitdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, “İlyas
Tapdığın şeirlərindən deyimlər”, “Görkəmli şəxsiyyətlər İlyas
Tapdıq haqqında” bölmələri də verilmişdir.
Biblioqrafiyada Azərbaycan və rus dillərində materiallar xro-
noloji qaydada qruplaşdırılmış, bölmə və yarımbölmələr daxildə
isə materiallar əlifba prinsipi ilə qruplaşdırılmışdır.
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda İlyas
Tapdığın əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba
göstəricisi tərtib edilmişdir.
Biblioqrafik göstərici haqqında rəy və təkliflərini bildirən
mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildi-
rir, təklif və iradlarını Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanasına göndərmələrini xahiş edirik.