Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   5   6   7   8   9   10   11   12   ...   253
 
1994  
-   Türkiyənin  İzmir  şəhərində I Uluslararası 
Türk dünyası Turizm və Kültür Simpoziumunda 
iştirak etmişdir. 
 
2003  

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 
2003-cü il tarixli Fərmanı ilə Prezident təqaü-
dünə layiq görülmüşdür. 
2005  
“Şeir sevən balalar” şeirlər və poemalar kitabı 
“Turan Nəşrlər evi”ndə çapdan çıxmışdır.  
 
2009  

“Seçilmiş  əsərləri”nin birinci cildi “Şur” 
nəşriyyatında çap edilmişdir. 
 
2010  
-  “Seçilmiş  əsərləri”nin ikinci cildi “Şur” nəş-
riyyatında çap edilmişdir.  


Èëéàñ Òàïäûã 
 
14 
 
 
İlyas Tapdıq şeirlərindən deyimlər 
 
İlyasam, el üçün qaynayır qanım, 
Elsiz kimə gərək şeirim, dastanım, 
Bu barlı-bəhrəli Azərbaycanın 
Bir kiçik parçası Gədəbəydədir! 
 
**** 
Çəkdiyi dağları sinədən silməz, 
Bəla çaylarına körpü çəkilməz... 
Sirri içindədir – fələk də bilməz,  
Açmayıb nə qədər falı bu dünya! 
 
**** 
Ömür qopar bir gün tağdan –  
Qədrini bilmək yaxşıdır. 
Qorxa-qorxa yaşamaqdan, 
Mərdliklə ölmək yaxşıdır. 
 
**** 
Sökən olma, qardaş, sökən, 
Baltalama dirəyini, pərdəni; 
Təzə yurdda çəkmə 
Köhnə yurdun dərdini! 
 
**** 
Səhnədə şöhrət də, faciə də var, 
Böyük bir həyatdır səhnə aləmi. 
 
 
 
Áèáëèîãðàôèéà 
 
15 
**** 
Ac nəfsin ömrünə qənim kəsilən 
Tamahkardan ibrət götürməyəcəm! 
 
**** 
Şeirimin canıdır bu el, bu Vətən, 
Boş sözü bu elə ötürməyəcəm! 
 
**** 
Adlar batır, yeni adlar törəyir, 
Ocaq sönür, yurdda otlar göyərir. 
Doğmalardan qorxunc yadlar törəyir, 
Qoyma  arta, vədəsində bil dərdi. 
 
**** 
Yolunda kim daş qırar 
Yola çəkər bulağı –  
Suyu şirin deyilsə?! 
 
**** 
Dayanıb daş olduq əli qoynunda:  
Quruyan ağacın sahibi kimdir? 
Çinar torpağında, palıd yurdunda 
Ağacı quruyan yollar yetimdir! 
 
**** 
Bu yalan dünyaya doğru gəlməyim 
Bəlkə bu dünyaya yamanlığımdı. 
Əlimdən yapışan yaxın həmdəmim, 
Nakam uşaqlığım, cavanlığımdı. 
 
**** 
Hara çəkir bu dünyanı yedəklər? 
Bilən varmı, dərdi nədir, səri nə?! 
Öz oduna özü yanan ürəklər 
Sərniyərmi çəkilməklə sərinə?! 


Èëéàñ Òàïäûã 
 
16 
 
**** 
İnsan kaş ki, dünyanı 
Nəğmələrlə yatıra, 
Nəğmələrlə oyada! 
 
**** 
Unutmayın eldə ana-bacı var, 
Çiçəklərin xırman-xırman tacı var. 
Gorbagora qahmar çıxan payçı var, 
Ay-ulduzlu pak nişanı qoruyun! 
 
**** 
Üçrəngli bayrağımız, 
Paytaxtımız, gerbimiz, 
Himnimiz, dinimiz var. 
Dünya həsəd aparan 
Sərvətimiz, varımız, 
Şəhid qanı çilənən 
Torpağımız, ağrımız, 
Taleyi daşdan keçən 
Soyumuz-elimiz var. 
 
**** 
Gecə-gündüz öz xeyrini güdənin 
Bu millətdən danışmağa haqqı yox! 
Tamahının yedəyində gedənin 
Səxavətdən danışmağa haqqı yox! 
 
**** 
Ac olsan da aclığını bildirmə, 
Nəfsin üçün vüqarını öldürmə, 
Sınaq olar – dostu-yadı güldürmə, 
Danışılar şenliyini unutma. 
 
Áèáëèîãðàôèéà 
 
17 
**** 
Heç fikir eləmə -  
 artmadın asan, 
Çoxları həyatda yerini tutmur. 
Çalış əməlindən sıxılmayasan, 
Xəcalət tərini günəş qurutmur. 
 
 
**** 
Mən İlyasam, bir həmdəmim yar idi, 
Xəyalıma yerlər, göylər dar idi. 
Cavan idim, bir ürəyim var idi, 
Ata oldum, üç paradır ürəyim.   
 


Èëéàñ Òàïäûã 
 
18 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin