İlyas Tapdığın əsərlərini oxuyanda adam özünün maraqlı və
cazibəli bir müsahib ilə üz-üzə gəldiyini duyur və yenicə tanış
olduğu bu həssas müsahibi axıracan dinləməyə çalışır. Mir Cəlal, Görkəmli yazıçı, Əməkdar elm xadimi
İlyas Tapdığın yaradıcılıq məziyyətlərindən biri dilinin
sadəliyi, təbiiliyi və səmimiliyidir. İlyas həyat eşqinin həvəsini
adi sözlərlə deyil, təsvir vasitəsilə verərək bədii lövhələr yaradır.
Məmməd Rahim, Xalq şairi
Çoxdur dağlarında qızıl, dəmir, mis,
Gədəbəy dünyaya tanışdır artıq.
Gəzdik dağlarını qarış-qarış biz,
Qızıldan qiymətli İlyas Tapdıq!
Osman Sarıvəlli,
Xalq şairi
İlyas Tapdıq dedikdə ehtiraslı, vətənpərvər, proletar, beynəl-
miləlçilik ruhuyla dolğun şeirlərin istedadlı şairini tanıyıram.
İlyas Tapdıq təzə söz deməyə, öz oxucularını düşündürməyə səy
edən istedadlı şairdir. İlyas Tapdıq çox gözəl bilir ki, tələbkar
oxuculara, bədii cəhətdən kamil, rəngarəng boyalarla müəyyən
zəmanəmizin nəbziylə vuran, ürəklərə yol tapan şeirlər gərəkdir.
İlyas Tapdıq axtarışdadır. İlyas Tapdıq gənclik şairidir.