Èëéàñ Òàïäûã
6
Təkcə bu bənd bitkin bir şey ola bilərdi. Lakin şair hər mis-
ranın məntiqi davamını kəşf edir. “Nənənin evində gəbə var,
Gəbənin üstündə dəvə var” bu misraların məntiqi davamı kimi
şeirdə oxuyuruq: “Dəvənin yunundan toxunan gəbələr”. Yalnız
bu misradan sonra uşağa aydın olur ki, dəvələri əzizləyib, şəklini
gəbənin üstündə niyə çəkiblər. Çünki dəvənin yunu olmasaydı
gəbələr də toxunmazdı. Dəvələrin belindəki təpələr, həmin
təpələrin üstündə oynayan nəvələrin xoşbəxtliyinin də səbəbi
həmin dəvələr və gəbələri toxuyan nənələrdir.
Forma ilə məzmunun vəhdəti İlyas Tapdığın
uşaq şeirlərinin
ən mühüm keyfiyyətlərindən biridir. Təbiət təsvirlərinə həsr olu-
nan şeirlərində artıq bir sözə, əlavə bir detala rast gəlmək müm-
kün deyil. Şair uşaq şeirlərimizin elə mükəmməl nümunələrini
yaradıb ki, hələ çox illər onu məhəbbətlə oxuyacaq, cavan qələm
sahibləri – yaradıcı şəxslər İlyas Tapdıqdan
sənət üçün vacib olan
çox dəyərləri əxz edəcəklər.
Lerikdə
meşəli yamac var,
Yamacda
Nə qədər ağac var,
Budağı
Qaynayıb, qarışıb.
Lerik meşələrinin vəhşi, nizamsız, lakin bu ibtidailikdə bir
gözəllik olduğunu bundan yaxşı təsvir etmək mümkün deyil.
Lakin müəllifin fikri heç də təkcə insan ayağı dəyməyən bu meşə-
lərin təsvirini vermək deyil. Budaqları bir-biri ilə qurşaq tutan bu
meşədəki ölüm-dirim mübarizəsində yaşamaq
və qalib gəlmək
üçün ağaclar öz gövdələrini bərkitmək məcburiyyəti qarşısında-
dırlar. Dəmir ağacların də məhz Lerik meşələrində bitməsinin
səbəbi bəlkə də elə budur. Şair bu ağacın bərkliyini, “dəmir”liyini
göstərmək üçün yazır.
Áèáëèîãðàôèéà
7
Kökünü
Torpaqda
Köstəbək gəmirdi.
Dişləri batmadı
Dedi ki,
- Bu ağac
Deyəsən,
Dəmirdi.
“Dəmir ağacı”nı bu cür yığcam və son dərəcə ciddi ifadələrlə
təsvir edən şair “Püstə ağacı” şeirində ahəngi dəyişir. Püstənin
özü kimi yumşaq ifadələrə keçir.
A püstə
Püstə,
Püstə,
Təpə üstə, dağ üstə,
Kökləri yarğan üstə,
Quruyar çardaq üstə
Yarpağı yarpaq üstə...
İstidir. Ay Süsənbər,
Bircə vedrə su əndər,
Bir ovuc püstə istə.
İlyas Tapdıq uşaq ədəbiyyatının sirlərinə bələd olduğu kimi
uşaqların psixologiyasını da əla bilir. Lakin müəllif bu biliklərinə
arxayın olub, qurama süjetlər, qeyri-inandırıcı əhvalatlar təsvir et-
mir. Uşaqları müşahidə edib, onların gündəlik həyatından götü-
rülmüş əhvalatları qələmə almaq İlyas Tapdıq üçün çox xarak-
terik iş üslubudur. Bu, şübhəsiz mühüm keyfiyyətdir. Şair İlyas
Tapdıq belə əsərlərində uşaqların başına
gələn məzəli əhvalat-
lardan daha çox istifadə edir.
Bir əmi
götürüb qayçını
Èëéàñ Òàïäûã
8
Gültəmin
Qısaldıb saçını.
Başına
aparıb əlini
Qız,
gəzir, axtarır telini,
Yerinə
bitirin saçımı!
Şair bəzən ən adi bir əhvalatdan məzmunlu əsər yaratmağa
nail olur.
Buynuzları burma-burma
Vurağan qoç, məni vurma!
Qoç uşağa baxıb durdu,
Buynuzunu daşa vurdu.
Dedi: - Onda, dəcəl oğlan,
Qabağımda gəlib durma.
Cəmi altı misrada yerləşdirilən bu əhvalat nəsrlə yazılsaydı,
bəlkə də bir səhifədən çox olardı. Şair burada uşağın dəcəlliyini,
qoçu cırnatmaq istədiyini təsvir etmir. Onu qoçun dediyi bir mis-
radan başa düşürük. Deməli, yığcamlıq Azərbaycan uşaq ədə-
biyyatının ən başlıca meyarıdır.
İlyas Tapdıq xalq ədəbiyyatından yaradıcılıqla bəhrələnən bir
söz ustasıdır. Xalqın yanıltmaclarının uşaq üçün nə qədər sevimli
olduğunu hamı bilir. Çünki
bu janr səslərin, sözlərin yaratdığı
alliterasiyaya əsaslanır və belə əsərlər oyun xarakterli olduğuna
görə balacaların çox xoşuna gəlir. İlyas Tapdığın yaratdığı bir sil-
silə şeir, xalqın həmin ənənələrinə əsaslanan gözəl nümunələridir.
Keçidi
Keçdi
Keçim.
Gərək indi mən
Keçim
Keçib
Áèáëèîãðàôèéà
9
Keçini
Keçim.
Ümumiyyətlə, xalqdan yaradıcı bəhrələnən İlyas Tapdığın al-
literasiyaya əsaslanan “Bildirçin” şeiri uşaq poeziyamızın nadir
nümunələrindəndir. Bu şeirdə “bildirçin”, “bildir”, “bildir-bildir”,
“çildir” və s. kimi sözlər bir süjet ətrafında məharətlə birləşdi-
rilib. Şeiri oxuyan hər bir uşaq ona yenidən qayıtmaq istəyir.
Bildir uçub bağçanı
Meşə bildi bildirçin.
Arzu çıxıb çığırdı
“Çildir, çildir” bildirçin
dedi:
Hanı quyruğun?
Mənə bildir, bildirçin.
Bəlkə pişik qoparıb
Neçə ildir, bildirçin.
İlyas Tapdığın uşaq əsərləri M.Ə.Sabir, A.Şaiq, A.Səhhət,
R.Əfəndiyevlə başlayan uşaq poeziyamızın davamı kimi çox
ibrətlidir. Dilinin saflığı və təmizliyi
süjetlərin təbiiliyi, tərənnüm
etdiyi ideyaların əhəmiyyətliliyi etibarı ilə bu əsərlər İlyas
Tapdığı qələm yoldaşlarından tamamilə fərqləndirir.
Bu gün oxucuların ixtiyarına verilən İlyas Tapdığın biblioq-
rafiya kitabı çox gərgin bir zəhmətin nəticəsi kimi görünür.
Müəlliflər şairin həyatının əsas tarixlərini, qələm dostlarının İlyas
Tapdıq sənətinə verdikləri qiymətli fikirləri kitabın əvvəlində yer-
ləşdirməklə yazıçı haqqında bütöv təsəvvür yaratmağa çalışmış-
lar. İlyas Tapdığın sənətinə yüksək qiymət verənlər arasında
Səməd Vurğun, Mir Cəlal, Süleyman Rüstəm, Məmməd Rahim,
Osman Sarıvəlli, Elçin, Məmməd Araz,
Hüseyn Arif kimi
Azərbaycan şairləri və yazıçıları ilə yanaşı, Sergey Mixalkov,
Valentin Berestov, Mariya Prilejayeva kimi dünya şöhrətli rus
yazıçılarının da adı var.
Èëéàñ Òàïäûã
10
Oxucuların və tədqiqatçıların işini yüngülləşdirmək məqsə-
dilə biblioqrafiyada İlyas Tapdığın əsərləri nəşr olunduqları tarixi
ardıcıllıqla düzülmüş, kitablara daxil olan əsərlərin tam siyahısı
verilmişdir.
Biblioqrafiyanın müsbət cəhətlərindən biri də tarixi ardıcıllıq
prinsipinə əməl olunmasıdır. Müəlliflər burada “Kitablarda, məc-
muələrdə, dövri mətbuatda dərc edilmiş əsərləri”, “Dövri mət-
buatda dərc edilmiş məqalələri”, “Sözlərinə musiqi bəstələmiş
bəstəkarlar”, “Redaktoru olduğu kitablar”
bölmələri vermişlər ki,
bu da şairin nəşr olunmuş əsərləri və redaktə etdiyi kitablar
barədə bütöv təsəvvür yaradır.
İlyas Tapdığın əsərlərini tədqiq edən tədqiqatçılar bu kitab-
dan yararlana biləcəklər. Müəllif haqqında biblioqrafiyada
“Kitablarda”, “Elektron resurslarda”, “Filmoqrafiya” bölmələri
verilmişdir. Şairin digər dillərdə çap olunan əsərləri də tarixi-
xronoloji ardıcıllıqla verilmişdir. Kitab oxucular, tədqiqatçılar və
tələbələr üçün dəyərli bir vəsait olacaqdır.
Dostları ilə paylaş: