Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Summativ qiymətləndirmə
hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) 
müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların 
əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır. 
Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır: 
• hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya 
bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə; 
• hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə. 
Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.
Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 
3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə 
kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin 
birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur. 
Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 
1 (bir) dərs saatı ərzində aparılır.
Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. 


18
Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli 
qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində 
Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər 
bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə 
ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində 
hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi 
suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra 
biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 
ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur: 
– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir; 
– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; 
– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; 
– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir. 
Təhsilalanın summativ qiymətləndirmədə topladığı balların 2, 3, 4, 5 
qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir (Qaydalar 4.19-ci 
bənd): 
Bal aralığı 
Qiymət 
[0-30] 
2 (qeyri-kafi) 
(30-60] 
3 (kafi) 
(60-80] 
4 (yaxşı) 
[80-100] 
5 (əla) 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin