Yarımillik və illik qiymətlərin hesablanması
Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar
əsasında yarımillik ballar hesablanır. Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə
uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir.
Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və
“Məktəbli kitabçası” nda yazılır.
Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik
summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:
𝑌 =
𝑘𝑠𝑞 + 𝑘𝑠𝑞 + ⋯ + 𝑘𝑠𝑞
𝑛
Y- təhsilalanın yarımillik üzrə balını;
𝑘𝑠𝑞 , 𝑘𝑠𝑞 , . . , 𝑘𝑠𝑞
– hər kiçik summativ qiymətləndirmədə toplanmış balların
miqdarı;
n
– kiçik summativ qiymətləndirmələrin sayını bildirir.
Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və
böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi
hesablanır:
𝑌 =
𝑘𝑠𝑞 + 𝑘𝑠𝑞 + ⋯ + 𝑘𝑠𝑞
𝑛
∙
40
100
+ 𝐵𝑆𝑄 ∙
60
100
19
BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə
toplanmış balların miqdarı.
Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır
və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə
müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda
yazılır.
İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə
keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən
qaydalarla tənzimlənir.
Toplum halında qiymətləndirmə (portfolio)
Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını ən obyektiv şəkil-
də qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına
nisbətən mürəkkəb olduğu üçün daha çox səy tələb edir. Bunun üçün hər şagirdə bir
qovluq ayrılır. Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü tərəfindən bu
qovluğun içinə yığılır. Bu materiallar dərsin mövzuları üzrə çalışma və tapşırıqlar-
dan, müxtəlif testlərdən, layihələrdən, tədqiqat işlərindən, ev tapşırıqlarından, özü-
nüqiymətləndirmə formalarından, dərsdənkənar praktik tapşırıqlardan və s.-dən
ibarət ola bilər.
İnformatika dərslərində portfolioların başqa bir formasından – elektron portfoliolar-
dan da geniş istifadə edilməsi tövsiyə olunur. Bunun üçün hər bir şagird üçün
kompüterdə öz adı ilə qovluq yaradılır və kompüterdə icra etdiyi bütün işlər ora yer-
ləşdirilir. Bu portfolionun ən üstün cəhəti ondadır ki, şagird istədiyi zaman onun
surətini şəxsi fləş-yaddaşına yazıb evdə işini davam etdirsə, yaxud valideynlərinə
göstərə bilər.
|