22
maddi model yaratmaq vacib deyil. Özünüz də gördünüz ki, eyni bir obyekti
müxtəlif yollarla təsvir etmək olur. Başqa sözlə, eyni bir obyektin müxtəlif
modellərini qurmaq olar. Bu modellərin hər biri obyektin müəyyən xassələrini
əks etdirir. Məsələn, bir modeldən obyektin ölçüləri, başqasından onun rəngi və
forması, üçüncüsündən isə materialı və hərəkətləri haqqında informasiya almaq
olar. Ən çox istifadə edilən informasiya modelləri sözlə, şəkillə, cədvəllə və
sxemlə təsvir olunur.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Müəllim şagirdlərə eyni bir obyektin müxtəlif informasiya modellərini qurmaq
tapşırığı verə bilər.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərs zamanı qrupları qiymətləndirir. Cədvəli doldurur:
№
Əməkdaşlıq
Dinləmə
Dostları ilə paylaş: