26
Dərs 14-15 / Mövzu 12:
ŞƏKLİN FRAQMENTİ İLƏ İŞ
MOTİVASİYA
–
Rəsm dərslərində şəkil çəkən zaman bəzən hər hansı bir elementin yerini
dəyişmək lazım gəlir. Kağız üzərində çəkilmiş şəklin müəyyən hissəsini
böyüdüb-kiçiltmək, yaxud surətini başqa yerə köçürmək lazım gələrsə, bu zaman
nə edirsiniz? “Fraqment” sözünün mənasını bilirsinizmi?
Fraqment
tamın bir
hissəsi kimi başa düşülür.
Müəllim şagirdlərin aşağı siniflərdə Paint proqramında iş bacarıqlarını yada salmaq
üçün bəzi suallar verə bilər:
–
Qrafik redaktorda işləyərkən şəklin fraqmenti ilə hansı əməliyyatları yerinə
yetirmisiniz? Kompüterdə şəkil çəkəndə onun fraqmenti ilə necə işləmək olar?
Şagirdlərin fikirləri dinlənilir.
Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən səsləndirilərək izah olunur.
Şagirdlərin fərziyyələri qeyd olunur.
Dostları ilə paylaş: