33
Diferensial təlim
. Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan
şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələş-
dirə bilər. Məsələn, hər bir informasiya üçün bir duyğu üzvü müəyyən edilir.
Tapşırığın müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. İnforma-
siyanın qəbul edilməsi üsulunun onun növündən asılılığı
nümunələrlə izah oluna
bilər: məsələn, biz səs informasiyasını gözümüz və ya əlimizlə qəbul edə bilmirik.
Amma dərsin qurtardığını saata baxmaqla, yaxud şagirdlərin dəhlizə çıxmaları ilə
müəyyənləşdirə bilərik. Şagirdləri müzakirəyə daha fəal cəlb etmək üçün müəllim
əlavə suallar da verə bilər. Məsələn, “Əgər pəncərə bağlıdırsa, havanın çiskinliyini
necə bilmək olar?”, “Mətbəxə daxil olmadan ananızın
qutab bişirdiyini bilmək
olarmı?”
Dərslikdə “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatların
şagirdlər tərəfindən sinifdə oxunması onlarda yarana biləcək sualları
müzakirə
etmək üçün faydalıdır. Müəllim optik illüziyalar
barədə məlumat verə və bəzi
şəkilləri nümayiş etdirə bilər.
Adətən, şagirdlər bu mövzuya çox maraq göstərirlər. İllüziyalar insanın
duyğu
üzvlərinin mükəmməl olmadığını sübut edir.
Burada insan tərəfindən yaradılan alət, cihaz və qurğular barədə məlumat vermək
məqsədəuyğundur.
Bu hissədə verilmiş məlumatı şagirdlərdən birinin vasitəsilə də nümayiş etdir-
mək mümkündür.
“Bu, maraqlıdır” işarəsi ilə verilmiş material şagirdlərdə qəbul olunan
informa-
siyanın üsulları arasında müqayisə aparmaq üçün istifadə edilə bilər.
Müəllim bu
məlumatı atalar sözünün şərhini verməklə daha da zənginləşdirə bilər.
İnformasiyanın qəbul edilməsində cihazların rolundan danışarkən müəllim 4-cü
sinifdə texnikada informasiya prosesləri haqqında bilikləri xatırlada bilər.
Dostları ilə paylaş: