35
bilər. “Kod” anlayışının dərsin əvvəlində deyil, ümumiləşdirmə hissəsində izah olun-
ması daha məqsədəuyğundur. Dərsin əvvəlində aşağı siniflərdən informasiyanın
təqdim edilməsinin müxtəlif formalarını yada salmaq olar. Mövzu izah olunarkən kod
və şifr anlayışlarını fərqləndirmək lazımdır. Şifrləmə informasiyadan istifadəni
məhdudlaşdırmaq məqsədi ilə aparılan əməliyyatdır. Dərsə marağı artırmaq üçün
şagirdlərə eyni bir informasiyanı müxtəlif formalarda kodlaşdırmaq tapşırıla bilər.
1.1.2 alt standartını küçələrdə, nəqliyyatda, ictimai yerlərdə, kitablarda şagirdlərin
rast gəldikləri kodlaşdırılmış informasiya nümunələri əsasında reallaşdırmaq olar.
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda olan infor-
masiyaların müxtəlif təqdimolunma formalarına yönəldə bilər. Bu zaman evdə,
küçədə, məktəbdə rast gəlinən müxtəlif təqdimolunma formalarına dair nümunələr
göstərilə bilər; məsələn: yol hərəkəti nişanları, işıqforun siqnalları, müxtəlif yazılar,
məktəb zəngi və s. Dərslikdə verilmiş şəklə diqqəti cəlb edərkən müəllim Xəzər
dənizi haqqında informasiyanın yazı, şəkil, notlar (işarələr) kimi müxtəlif formaları-
nı sadalaya bilər. Müəllim əlavə suallar da verə bilər: “Azərbaycan dilini bilməyən
adam bu misraları başa düşərmi? Bəs rəsmi?”
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq informasiyanın müxtəlif for-
malarda təqdim edilməsinə aiddir. Bu tapşırıqda məqsəd verilmiş informasiyaları
ədəd, cədvəl, şəkil, jest, simvol, mətn və s. formalarda təqdim etməklə bu formaları
fərqləndirməyi bacarmaqdır. Şagirdlərin yaradıcılığı nəticəsində eyni bir informa-
siya müxtəlif cür təqdim oluna bilər. Məsələn, sinifdəki oğlan və qızların sayını ədəd,
simvol, yazı, cədvəl şəklində təqdim etmək olar. Yağışın yağmasını isə hava proq-
nozlarında verilən simvollarla, mətnlə göstərmək olar. Beləliklə, şagirdlər kodlaş-
dırma haqqında bilikləri özləri kəşf edirlər.
Dostları ilə paylaş: