Diferensial təlim . Təlim nəticələri yüksək olan şagirdlərə dərsliyin “Araşdıraq-
öyrənək” hissəsində verilmiş 1-ci tapşırığa bəzi əlavələr etmək olar.
– Windows əməliyyat sistemi barədə aşağıdakı məlumatları toplayın:
1. Windows əməliyyat sisteminin yaradıcısı kim olmuşdur?
2. Windows əməliyyat sisteminin hansı versiyaları var?
3. Windows-8 və Windows-10 sistemləri neçənci illərdə hazırlanmışdır?
4. Başqa hansı əməliyyat sistemlərini tanıyırsınız?
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş
tapşırıqların cavablarını müzakirə edə bilər.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym ə tl ə ndirm ə meyarları : izahetmə, şərhetmə, nümunələrgöstərmə
I səviyyə II səviyyə III səviyyə IV səviyyə Fərdi kompüterlərin
başlıca elementlərin
təyinatını izah edərkən
çətinlik çəkir.
Fərdi kompüterlərin baş-
lıca elementlərin təyina-
tını qismən izah edir.
Fərdi kompüterlərin baş-
lıca elementlərin təyina-
tını əsasən izah edir.
Fərdi kompüterlərin
başlıca elementlərin
təyinatını tam izah edir.
Əməliyyat sisteminin
işini şərh etməkdə
çətinlik çəkir.
Əməliyyat sisteminin
işini müəllimin
köməyi ilə şərh edir.
Əməliyyat sisteminin
işini şərh edərkən ki-
çik səhvlərə yol verir.
Əməliyyat sisteminin
işini düzgün şərh edir.
Əməliyyat sistemləri-
nə dair nümunələr
göstərməkdə çətinlik
çəkir.
Əməliyyat sistemlə-
rinə dair nümunələr
müəllimin köməyi ilə
göstərir.
Əməliyyat sistemlə-
rinə dair nümunələr
göstərərkən kiçik
səhvlərə yol verir.
Əməliyyat sistemlə-
rinə dair düzgün
nümunələr göstərir.