51
menyu” anlayışını daha əyani izah etmək üçün yeməklər menyusundan, telefonlarda
olan menyulardan istifadə etmək olar. Şagirdlərə mobil telefonlarda geniş istifadə
edilən menyulara aid istiqamətləndirici suallar da verilə bilər.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığın əsas məqsədi şagirdlərdə
menyulardan istifadə bacarıqlarının formalaşdırılmasıdır. Müəllim iş masasının
tapşırıqlar zolağında yerləşən klaviatura və saat indikatorlarını
nümayiş etdirə və
oradakı bəndlərin seçilməsini göstərə bilər. Adətən, uşaqlar alt menyulara keçməkdə
çətinlik çəkirlər. Bu zaman müəllim özü alt menyuya keçidi və lazım olan bəndi
seçməyi nümayiş etdirə bilər.
Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar
oxunur. Müəllimə mövzuda adıçəkilən düymələri basmaqla açılan menyuları
proyektor vasitəsilə nümayiş etdirmək tövsiyə olunur.
(Start)
düyməsini
basmaqla açılan
ba
ş
menyu
,
alt menyular
və
kontekst menyusunu
əyani olaraq
nümayiş etdirdikcə şagirdlər də kompüterdə bu əməliyyatları
paralel olaraq icra edə
bilərlər. Bu, şagirdlərdə uyğun bacarıqları düzgün yerinə yetirmələri üçün çox
faydalı ola bilər. Beləliklə, müəllim menyularla iş zamanı əsas əməliyyatın
çıqqıltı
olduğunu vurğulayır və kontekst menyusunu açmaq üçün siçanın sağ düyməsindən
istifadə bacarıqlarını göstərir. Şagirdlər iş masasındakı obyektin kontekst menyu-
sunu açmaqla oradakı bəndlərlə tanış ola bilərlər.
Dostları ilə paylaş: