Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə44/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Diferensial təlim
. Təlim nəticələri yüksək olan şagirdlərə 
belə bir tapşırıq verilə bilər: vərəqdə göstərilən sxemi 
çəkin və evdəki kompüterinizin C lokal diskində olan üç 
ixtiyarı qovluğun adını yazın.
Local Disc (C:) 


54
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş 
tapşırıqların cavablarını müzakirə edə bilər.
 
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarları
: nümunələrgöstərmə, kompüterdə işləmə 
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə 
Fayl və qovluqlara aid 
kompüterdə nümunə-
lər göstərməkdə 
çətinlik çəkir.
Qovluqlara kompü-
terdə nümunələr 
göstərir
Fayl və adi qovluqlara 
kompüterdə nümunələr 
göstərir.
Fayl və adi və 
xüsusi qovluqlara 
kompüterdə 
nümunələr göstərir.
Fayl və qovluqlarla 
sadə əməliyyatlar 
aparmaqda çətinlik 
çəkir.
Fayl və qovluqlarla 
müəllimin köməyi ilə 
sadə əməliyyatlar 
aparır.
Fayl və qovluqlarla sadə 
əməliyyatlar apararkən 
kiçik səhvlərə yol verir.
Fayl və qovluqlarla 
sərbəst sadə 
əməliyyatları aparır.
 
Dərs 11 / Mövzu 10:
 PƏNCƏRƏ 
 
İnformasiya ilə tanış olmaq və onunla işləmək üçün Windows əməliyyat sistemində 
pəncərələrdən istifadə olunur. Pəncərə əməliyyat sisteminin mühüm elementlərindən 
biridir. Windows sistemində bütün əməliyyatları aparmaq üçün pəncərələrdən 
istifadə olunur. Hər bir sənəd və ya proqram pəncərələrdə açılır. Eyni zamanda bir 
neçə pəncərə açmaq mümkündür. Ekranda açılmış pəncərələrin sayı istifadəçinin 
arzusundan, kompüterin gücündən və monitorun ölçülərindən asılıdır. Ancaq 
kompüterdə elə proqramlar da var ki, onları çalışdıran zaman pəncərələr açılmır və 
istifadəçi bu cür proqramların işinə müdaxilə edə bilmir. Belə proqramlar 
sistem 
proqramlarıdır
. Bu dərsdə şagirdlər müxtəlif pəncərələr və onların tərkib hissələri 
ilə tanış olurlar. Pəncərələrlə tanışlıq kompüterdə praktik bacarıqlara əsaslanır. Pən-
cərələrlə müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün dərsin kompüter sinfində 
keçilməsi vacibdir.
Müəllim mövzuya başlayarkən adi pəncərənin funksiyaları ilə əməliyyat
sisteminin pəncərələrini müqayisə edə bilər. Bu zaman dərslikdə sağ və solda veril-
miş şəkillər təhlil edilə bilər. Əməliyyat sistemində, əsasən, dörd pəncərə növü var: 
qovluq pəncərəsi, dialoq pəncərəsi, proqram pəncərəsi, sistemin yardım pəncərəsi. 
Şagirdlər kompüterdə konkret proqramlarda işlədikləri üçün ən çox proqram 


55
pəncərəsi ilə ünsiyyətdə olurlar. Ona görə də əməliyyat sisteminin pəncərələri ilə 
tanışlığa proqram pəncərəsindən başlanması daha məqsədəuyğundur. 
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd sadə proqram 
pəncərəsi, onun hissə və düymələri ilə ilkin tanışlıqdır. Praktik iş zamanı müəllim 
şagirdlərə aşağı siniflərdən tanış olan müxtəlif proqram pəncərələri ilə bağlı 
istiqamətləndirici suallar verə bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin