Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə45/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Diferensial təlim
. Təlim nəticələri zəif olan şagirdlər iş masasında bir pəncərə 
açdıqdan sonra onun ölçülərini dəyişdirə və qapada bilərlər. Təlim nəticələri yüksək 
olan şagirdlər iş masasında bir neçə proqram pəncərəsini açdıqdan sonra onları 
kaskad formasında və ya yanaşı olaraq müxtəlif formalarda yerləşdirə bilərlər. Elə 
tapşırıq vermək olar ki, şagirdlər bir pəncərədən digərinə keçməli olsunlar, 
pəncərələri tapşırıqlar zolağına yığsınlar, lazım olan pəncərəni isə bütün ekrana 
açsınlar.
İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin 
tədqiqat işində qazandıqları yeni bacarıqlarla bağlı yaranan suallar və çətinliklər 
aşkarlanıb müzakirə edilə bilər. Adətən, şagirdlər proqram pəncərəsinin yerini və 
ölçülərini dəyişməkdə çətinlik çəkirlər. Bu onunla bağlı olur ki, şagirdlər həmin 
əməliyyatları yerinə yetirən zaman siçanın göstəricisinin necə dəyişdiyinə fikir 
vermirlər. Müəllim bu bacarıqları proyektordan istifadə etməklə nümayiş etdirə 
bilər.
Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar 
oxunur. Müəllimə oxunan materialları proyektor vasitəsilə əyani surətdə nümayiş 
etdirmək tövsiyə olunur. Pəncərənin hissələri sadalandıqca müəllim onları proyektor 
vasitəsilə nümayiş etdirə bilər. Şagirdlər artıq aşağı siniflərdən proqram pəncərələri 
ilə tanışdırlar. Bu dərsdə isə daha geniş bacarıqları formalaşdırmaq üçün müəllim 
dərslikdə verilmiş materialları əyani olaraq şərh edə bilər. Bu zaman şagirdlər 
müəllimin yerinə yetirdiyi əməliyyatları öz kompüterlərində təkrar etməklə bu 
bacarıqlara daha asanlıqla yiyələnə bilərlər. Sonra müəllim əməliyyat sisteminin 
digər pəncərələrini də nümayiş etdirə bilər.
Müəllim dərsin bu mərhələsində şagirdlərə proqram pəncərəsi ilə qovluq pəncə-
rələrini müqayisə etmək tapşırığını təklif edə bilər. Bunun üçün hər iki pəncərəni 
açaraq ölçüsünü kiçiltmək və onları iş masasında yanaşı yerləşdirmək lazımdır. 
Müəllimin bunu proyektor vasitəsilə nümayiş etdirməsi məqsədəuyğundur. Şagirdlər 
nəticəni Venn diaqramında, yaxud cədvəldə qeyd edə bilərlər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin