61
fləş-yaddaşda da saxlanılıb müəllimə təqdim oluna bilər. Bu, adətən, ev tapşırıqları üçün
daha faydalı üsuldur. İş zamanı şagirdlərdə yaranan suallara əyani şəkildə cavab vermək
üçün müəllimə proyektordan istifadə etmək tövsiyə olunur.
İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin fəaliyyət
tapşırığını yerinə yetirən zaman qarşılaşdıqları çətinliklər aşkarlanıb müzakirə edilə bilər.
Müəllimin fləş-yaddaşda saxlanılan bir neçə işi proyektor vasitəsilə nümayiş etdirməsi
daha yaxşı olardı. Adətən, şagirdlər çəkdikləri şəkli yaddaşda saxlayarkən qovluğun və
faylın adının yazılmasında çətinlik çəkirlər. Bu onların hələ ki uyğun pəncərələrlə iş
təcrübəsinin azlığı ilə bağlıdır və tədricən aradan qalxacaq. Lakin müəllim proyektor
vasitəsilə bəzi bacarıqları nümayiş etdirməklə şagirdlərin çətinliklərinin qarşısını ala bilər.
Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar
oxunur. Oxunan materialları proyektor vasitəsilə əyani şəkildə nümayiş etdirmək
faydalıdır.
Paint
proqram pəncərəsinin hissələri sadalandıqca müəllim onları
proyektor vasitəsilə nümayiş etdirə bilər. Şagirdlər artıq aşağı siniflərdə qrafik
redaktorun imkanları ilə tanışdırlar. Bu dərsdə isə bacarıqları dərinləşdirmək üçün
müəllim dərslikdə verilmiş materialları əyani şəkildə şərh edə bilər. Məsələn,
müəllim
klavişindən istifadə etməklə düz xəttin necə çəkildiyini göstərə
bilər. Bu zaman şagirdlər müəllimin yerinə yetirdiyi əməliyyatları öz kompüter-
lərində təkrarlamaqla bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər.
“Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə yerinə ye-
tirilə bilər. Bunun üçün şagirdlərin kompüterlərinə Paint.Net proqramını yükləmək la-
zımdır. Bu proqramı
http://www.getpaint.net
ünvanından yükləmək olar.
Dostları ilə paylaş: