62
Dərs 14-15 / Mövzu 12:
ŞƏKLİN FRAQMENTİ İLƏ İŞ
Qrafik redaktorda sərbəst işləmək üçün şəklin fraqmenti ilə iş bacarıqlarının böyük
əhəmiyyəti vardır. Təlim məqsədlərini reallaşdırarkən
seçdirm
ə
al
ə
tind
ə
n
düzgün
istifadə edilməsinə fikir vermək lazımdır. Bu mövzuda reallaşdırılması nəzərdə tu-
tulan bütün bacarıqlar seçdirmə alətindən düzgün istifadəyə əsaslanır. Şagirdlər
fraqmentlərlə işləyərkən bəzən seçdirmə alətlərindən düzgün istifadə edə bilmirlər.
Düzbucaqlı və ixtiyari sahənin seçdirmə alətlərinin fərqləndirilməsi, bu zaman şəf-
faf, yaxud qeyri-şəffaf fondan düzgün istifadə edilməsi şagirdlərin tədricən
təcrübədə qazanacaqları bacarıqlardır. Seçdirilmiş fraqmentlərin çoxaldılması və on-
ların yerinin dəyişdirilməsi şagirdlərdə siçan və klaviaturadan düzgün istifadə vər-
dişlərini tələb edir. Bu bacarıqları zəif mənimsəmiş şagirdlər tapşırıqların yerinə ye-
tirilməsində çətinlik çəkə bilərlər. Çalışmaq lazımdır ki, şagirdlər fraqmentin çoxal-
dılmasını iki üsulla həyata keçirsinlər: 1) fraqmenti bufer yaddaşına yazıb iş sahəsinə
salmaqla (
Copy→Paste
); 2)
klavişindən istifadə etməklə. Şagirdlərə izah
olunmalıdır ki, əgər bu fraqment digər rəsmlərdə istifadə olunmayacaqsa, onda
klavişi daha münasibdir. Əgər seçdirilmiş fraqmenti başqa rəsmlərdə istifadə
etmək istəyirsinizsə, onda
Copy→Paste
komandalarından və ya + və
+ kombinasiyalarından istifadə etmək olar. Mövzuya 2 dərs ayrılır.
Müəllim mövzuya başlamaq üçün “şəklin fraqmenti” anlayışı barədə izahat verə bilər.
Kağız üzərində çəkilmiş şəkillə kompüterdə çəkilmiş şəkillərin fraqmentləri ilə iş texnolo-
giyaları müqayisə oluna bilər. Bununla bağlı aşağı siniflərdən şagirdlərin mənimsədikləri
bacarıqları müəyyənləşdirmək üçün müxtəlif suallar verilə bilər.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd şagirdlərdə qra-
fik redaktorda şəklin fraqmenti ilə bəzi iş bacarıqlarının formalaşdırılmasıdır. Aşağı
siniflərdə bu bacarıqlarla tanış olan şagirdlərə biliklərini aktivləşdirmək üçün istiqa-
mətləndirici suallar verilə bilər.
Dostları ilə paylaş: