63
İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlər
tapşırığı yerinə yetirərkən onlarda yaranan sual və çətinlikləri aşkarlamaq məqsədi
ilə yaxşı olar ki, müəllim bir neçə işi nümayiş etdirsin. Tapşırığın nəticəsi seçdirmə
alətindən düzgün istifadə olunmasından asılıdır. Müəllim işləri müzakirə edərkən
seçdirmə alətindən daha yaxşı istifadə üsulunu göstərə bilər.
Dərsliyin bu hissəsində izahat və mövzuya aid yeni məlumatlar yerləşdirilib. Müəllim
seçdirmə alətləri və onlarla iş rejimlərini proyektor vasitəsilə nümayiş etdirə bilər.
Seçdirilmiş fraqmentlərin çoxaldılması və yerinin dəyişdirilməsi dərslikdə verilmiş
qaydada nümayiş olunur. Bu zaman şagirdlər müəllimin yerinə yetirdiyi əməliyyatları öz
kompüterlərində təkrarlamaqla bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər.
Mövzunun “Araşdıraq-öyrənək” bölümündə verilmiş tapşırığı şagirdlər ikinci
dərsdə yerinə yetirə bilər.
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş
tapşırıqların cavablarını müzakirə edə bilər. 3-cü sualda verilmiş şəkli çəkmək üçün
əvvəlcə çoxbucaqlı alətindən istifadə etməklə üçbucaq çəkilir. Sonra isə seçdirmə aləti
vasitəsilə çoxaldılır.
4-cü tapşırıq üçün münasib şəkli kompüterdə olan şəkillərdən seçmək olar və ya müəllim
əvvəlcədən uyğun qrafik fayl hazırlayıb, şagirdlərin kompüterlərinə yaza bilər.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym
ə
tl
ə
ndirm
ə
meyarları
: şərhetmə, kompüterdə işləmə
Dostları ilə paylaş: