Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə57/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Diferensial təlim
. Sağlamlıq imkanları məhdud olan şagirdlər istədiyi mətni yığıb 
ona şəkil əlavə edə bilərlər. Praktik iş zamanı belə şagirdlər daha çox diqqət tələb 
edir. Təlim nəticələri yüksək olan şagirdlər isə mətni yığdıqdan sonra kompüterin 
yaddaşından ona uyğun bir neçə şəkil əlavə edə bilərlər.
Şagirdlərin qazandıqları yeni bacarıqlarla bağlı yaranan sual və çətinliklər 
aşkarlanıb müzakirə edilə bilər. Adətən, şagirdlər qoyulacaq şəklin yerini müəyyən-
ləşdirməkdə çətinlik çəkirlər. Sadəlik üçün şəklin yerini müəyyən etdikdən sonra 
 klavişinin basılması məqsədəuyğundur. Yerləşdirilmiş şəklin ölçülərinin 


70
dəyişdirilməsi sadə bacarıq olsa da, bəzən şagirdlər seçdirilmiş şəklin tutacaqları ilə 
işləməkdə səhvlərə yol verirlər.
Dərsliyin bu hissəsində verilən məlumat şəklin ölçülərinin dəyişdirilməsinə 
aiddir. Bu bacarığı müəllim proyektor vasitəsilə əyani olaraq nümayiş etdirə bilər.
Müəllim dərsin bu mərhələsində şagirdlərə yaradıcı tapşırıq verə bilər: 
“İstədiyiniz mövzuya uyğun bir neçə cümlə yığın və ona uyğun şəkillər əlavə edin”. 
Mövzular idman, kulinariya, mənim ölkəm, təbiət və s.-yə aid ola bilər. 
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş 
tapşırıqların cavablarını müzakirə edə bilər.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarı
: kompüterdə işləmə 
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə 
Yığılmış mətnə şəkil 
əlavə etməkdə çətinlik 
çəkir.
Yığılmış mətnə şəkli 
müəllimin köməyi ilə 
əlavə edir.
Yığılmış mətnə şəkil 
əlavə edərkən kiçik 
səhvlərə yol verir.
Yığılmış mətnə 
şəkli düzgün əlavə 
edir.
Şəklin ölçülərini də-
yişdirməkdə çətinlik 
çəkir.
Şəklin ölçülərini 
müəllimin köməyi ilə 
dəyişir.
Şəklin ölçülərini dəyiş-
ərkən kiçik səhvlərə yol 
verir.
Şəklin ölçülərini 
düzgün dəyişir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin