82
Alətlər zolağında müxtəlif əməliyyatlar üçün düymələr yerləşdirilmişdir.
Pəncərələr hissəsi 3 pəncərədən ibarətdir:
1.
Kod bölümü – Bağanın hərəkəti üçün proqram burada yazılır.
2.
Mesaj bölümü – komandaların düzgün yazılışı ilə bağlı məlumatları sistem
bu pəncərəyə çıxarır.
3.
Qrafika bölümü – bura icraçının iş sahəsidir. Bu pəncərədə Bağa ona verilən
komandaları icra edir.
Proqramlaşdırma mühiti Azərbaycan, ingilis və rus dillərində yazılmış komandaları
qəbul edir. ALPLogo proqramının komandalar sistemi geniş olsa da, 5-ci sinif
şagirdləri ilə iş üçün siyahıda verilmiş komandalarla kifayətlənmək olar.
Dostları ilə paylaş: