80
Mövzunu “proqramlaşdırma” anlayışı ilə və şagirdlər üçün ilk proqramlaşdırma dili
olan LOGO ilə tanışlıq kimi də adlandırmaq olar. Dərsin əsas məqsədlərindən biri
“alqoritm” və “proqram” anlayışlarını izah etməkdir.
Proqram
alqoritmin təqdim-
olunma üsullarından biridir. Proqramlar proqramlaşdırma dillərində yazılır.
Proqramın icraçısı kompüterdir. Yaxşı olar ki, müəllim proyektor vasitəsilə şagird-
ləri ALPLogo proqramlaşdırma mühiti, onun icraçısı olan Bağa və dilin komandaları
ilə tanış etsin. Dərsdə şagirdlərə Logo dilinin yaradılması tarixindən də danışmaq
olar.
LOGO adı qədim yunan sözü “
logos”dan
götürülüb,
“fikir”, “söz”
mənasını verir.
Dostları ilə paylaş: