Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə60/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Dərs 23 / Mövzu 17:
 ALQORİTM 
Şagirdlər “Alqoritm” bölməsini çox həvəslə öyrənirlər. Gündəlik işləri sistemləşdi-
rərək addımlarla təsvir etmək, sadə və maraqlı alqoritmləri icra etmək onlar üçün 
əyləncə və oyun təəssüratı yaradır. Bundan əvvəlki fəsildə şagirdlər tətbiqi proq-
ramlarda iş alqoritmlərini icra edirdilərsə, bu fəsildə onlar artıq özləri bəzi sadə 
alqoritmləri qurmağı öyrənəcəklər. Şagirdlər bu fəslin son üç dərsində proqramlaş-
dırma ilə tanış olacaqlar. Fəslin alqoritmlərə aid olan ilk üç mövzusu, əslində, 
proqramlaşdırma dərslərinə hazırlıq xarakteri daşıyır. Tətbiqi proqramlardan 
alqoritmlərə əlaqəli keçidi təmin etmək üçün dərsin “Fəaliyyət” hissəsində əvvəlki 
dərslərdə icra olunmuş alqoritmlərə oxşar alqoritmin qurulması nəzərdə tutulur. 
Müəllim alqoritmlərin əhəmiyyətini şərh edərkən əvvəlki dərslərdə “Fəaliyyət” 
tapşırıqlarını misal göstərə bilər. Dərsin təlim məqsədlərinin reallaşdırılması 
şagirdlərdə alqoritmik təfəkkürün inkişafına yardım edir, onlarda təhliletmə, 
mühakiməyürütmə və planlaşdırma kimi idraki bacarıqların formalaşdırılmasına 
əsaslanır.
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
6 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
1 saat
2.2.1. Alqoritmin təsviri üsullarını izah edir. 
2.2.2. Sadə proqramlaşdırma mühitində proqramlaşdırma haqqında 
elementar biliklərini izah edir. 
2.2.3. Sadə proqramlaşdırma mühitində "İcraçı"nın hərəkətini idarə 
edir. 
2.2.4. Sadə proqramlaşdırma mühitində elementar fiqurlar çəkir. 
TƏDRİS VAHİDİ –
4
ALQORİTM VƏ PROQRAM 


75
Müəllim şagirdləri aktivləşdirmək üçün dərslikdəki şəkil üzrə suallar verə və ya 
şagirdlərdən nəticəyə gətirib çıxaran hərəkətlər ardıcıllığına misallar göstərməyi 
xahiş edə bilər. Əgər şagirdlər ibtidai siniflərdə alqoritmləşdirməni zəif 
mənimsəmişlərsə, bu zaman uşaqlara kömək məqsədilə konkret sual və ya tapşırıq 
vermək olar. Məsələn, “Telefonla danışmaq üçün hansı hərəkətlər ardıcıllığını yerinə 
yetirmək lazımdır”, “Yolu keçmək üçün hərəkətlər ardıcıllığını söyləyin”. 
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda məqsəd alqoritm haqqında 
bilikləri yada salmaq, hər hansı bir nəticəyə nail olmaq üçün lazım olan işi alqoritm 
şəklində yazmaq bacarığını formalaşdırmaqdır. Tapşırıqda əvvəlki dərslərdə icra 
edilən alqoritmlərə bənzər alqoritmin yazılması nəzərdə tutulur. Əvvəlki dərslərdə 
şagirdlər verilmiş alqoritmləri icra edirdilərsə, bu dərsdə onlar daha mürəkkəb 
bacarığın formalaşdırılmasına çalışırlar.
DT
: Təlim nəticələri zəif, yaxud sağlamlıq imkanları məhdud olan şagirdlərə daha 
sadə tapşırıqlar təklif oluna bilər. Məsələn, “Buterbrodun hazırlanması”, “Çantanın 
yığışdırılması” və s.
İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Yazılmış alqo-
ritmlərin düzgünlüyünü yoxlamaq üçün müəllim şagirdlərin yazdıqları alqoritmlərin 
bir neçəsini Paint proqramında icra edə və bunu proyektorla göstərə bilər. Müəllim 
fərqli alqoritmləri yazan şagirdlərin işlərini yoxlamağı şagirdlərin özlərinə həvalə 
edə bilər. Yəni şagirdlər yoldaşlarının yazdığı alqoritmi icra edə və nəticədən asılı 
olaraq onun düzgünlüyünü qiymətləndirə bilərlər.
Bu hissədə verilən izahat və yeni məlumatlar oxunur. Müəllim “alqoritm” 
anlayışını ətrafımızda və müxtəlif sahələrdə olan alqoritmlərə nümunə göstərməklə 
şərh edə bilər. Bunun üçün “Nümunə” hissəsindən istifadə etmək faydalı olardı. 
“Alqoritm” sözünün mənşəyini “Bu, maraqlıdır” hissəsində verilmiş məlumatla izah 
etmək olar. 
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığı yerinə yetirərkən 
müəllim başqa fənlərdə icra edilən alqoritmlərin başqa icraçılar üçün deyil, yalnız 
şagirdlər üçün nəzərdə tutulduğunu vurğulaya bilər. 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin