Microsoft Word Info-5 mv az (11-07-20). docx


LOGO dili 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) professor  Seymur Papert



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə64/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

LOGO
dili 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) professor 
Seymur Papert
tərəfindən yaradılıb. İlk kompüter oyunları və hakerlər hərəkatı da 
bu universitetdən başlanıb. Logo dilində proqram yazmaq dünyanın bir çox ölkələ-
rində yaşayan uşaqların ən sevimli məşğuliyyətinə çevrilmişdir. Azərbaycanda ilk 
dəfə olaraq ALPlogo proqramlaşdırma mühiti dərslik müəllifləri tərəfindən 
yaradılmış və dərslik komplektinə pulsuz olaraq əlavə edilmişdir. Bu proqramı 
www.bakineshr.az, yaxud www.informatik.az saytlarından yükləmək və kompüterin 
C diskinə, sadəcə, köçürmək lazımdır (quraşdırmağa ehtiyac yoxdur). ALPLogo 
proqramının digər proqramlardan ən mühüm fərqi ondadır ki, bu proqramda 
komandalar Azərbaycan, ingilis və rus dillərində yazıla bilər. Sistem hər üç dili qəbul 
edir.
Müəllim izah edə bilər ki, kompüterin ekranında proqramın icrasını görmək üçün virtual 
icraçıdan – Bağadan istifadə olunur. Əslində, bütün komandaları kompüter icra edir. 
 
 
 
 
 
Müəllim mövzuya “İcraçı”, “İcraçının komandalar sistemi” haqqında aşağı 
siniflərdən şagirdlərin bildikləri məlumatları təkrarlamaqla başlaya bilər.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda məqsəd icraçıya düzgün 
komandalar verməklə lazım olan şəklin çəkilməsidir. Logo proqramlaşdırma 
mühitində işləməyə başlayarkən əvvəlcə kağız üzərində Cizgiçi icraçısı üçün sadə 
alqoritmlərin yazılması çox faydalıdır. Bu tapşırığın alqoritmini oxlar və sözlərlə 
belə yazmaq olar: 
 


81
Oxlarla 
I variant: 

1 ▼

4

2

2

1

2

1

2

2 ▲ 
II variant: 














1



1 ▲ 
Müəllim “proqram” anlayışını izah etdikdən sonra 
şagirdləri ALPLogo proqramlaşdırma mühitinin icraçısı 
olan Bağa ilə tanış edə bilər. Bu zaman bağanın monitorda 
xətt çəkməsini qum üzərində hərəkəti zamanı qoyduğu izlə 
müqayisə etmək faydalı olardı. Proyektor vasitəsilə 
müəllim şagirdləri ALPLogo proqram mühiti ilə tanış edə 
bilər. Bu interfeys WINDOWS tətbiqi proqramlarının standart interfeysinə malikdir. 
Qrafik və mətn redaktorlarında iş təcrübəsi bu proqramın menyusunu tez qavramağa 
yardım edir.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarları
: izahetmə, şərhetmə 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin