Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə54/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Dərs 18 / Mövzu 14:
 MƏTN REDAKTORU 
 
Mətn redaktorlarında iş bacarıqlarının reallaşdırılması, adətən, artıq suallar yaratmır. Mətn 
prosessorunda iş texnologiyasının tədrisi yollarını bir çox hallarda müəllim özü müəyyən-
ləşdirir. Bununla yanaşı, müəllimlərə bu mövzu ilə bağlı bəzi tövsiyələr verilə bilər. Tədris 
saatları məhdud olduğundan müəllim şagirdlərə mətnin necə yığıldığını və klaviaturadan 
necə istifadə edildiyini öyrətməyə çalışmamalıdır. Bu bacarıqlar aşağı siniflərdən şagird-
lərə tanışdır. Evdə kompüterdə işləmək imkanı olan şagirdlər üçün müəllim ev tapşırıq-
larını düzgün seçməklə onların iş bacarıqlarındakı boşluqları aradan qaldıra bilər. Praktik 
tapşırıqlar hər şagirdin fərdi bacarıqları nəzərə alınmaqla və onun marağına uyğun mövzu-
da seçilə bilər. Bu zaman tapşırıqlar fənlərarası və fəndaxili əlaqələri təmin etməlidir.
Mövzunun tədrisinə başlamazdan əvvəl şagirdlərin aşağı siniflərdə mətn redaktorun-
da necə işlədiklərini yoxlamaq tövsiyə olunur. Bunun üçün müəllim sinfə suallar 
verməklə diaqnostik qiymətləndirmə apara bilər. Bu qiymətləndirmənin nəti-
cəsindən asılı olaraq müəllim şagirdlərlə iş strategiyasını müəyyənləşdirir.
Müəllim dərsdə müxtəlif mətn redaktorlarından (daha doğrusu, mətn prosessorların-
dan) istifadə edə bilər. Onlar fərqli olsa da, pəncərə elementləri və iş prinsipləri çox 
oxşardır. Ən geniş yayılmış və şagirdlərin yaş qruplarına uyğun mətn prosessorları 
Microsoft Word

OpenOffice.org
paketinin 
Writer
proqramı, 
Abword
proqramlarıdır. 
OpenOffice.org writer proqramını http://www.getpaint.net ünvanından yükləmək 
olar. 5-ci sinifdə 
NotePad
və 
WordPad
proqramlarından istifadə etmək məqsədəuy-
ğun deyil. Çünki onlar sadə olduqlarından imkanları məhduddur.
Şagirdlərə verilən ev tapşırıqlarını düzgün qiymətləndirmək üçün onlara öz işlərini 
fləş-yaddaşda saxlamaq məsləhət görülür.
Müəllim mövzuya başlayarkən aşağı siniflərdən şagirdlərə tanış olan mətn re-
daktorunda onların hansı işlər gördükləri barədə suallar verə bilər. Müasir texnolo-
giyalarla əlaqələndirmək üçün mobil telefonlarda olan mətn redaktorlarından söhbət 
açmaq olar. Bu zaman telefonla savadlı mesaj göndərmək üçün mətni yazmaq və 
düzəlişlər etmək kimi bacarıqların əhəmiyyətini vurğulamaq məqsədəuyğundur. 
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq şagirdlərin aşağı siniflərdə 
mətn redaktorunda iş təcrübələrinə əsaslanır. Burada əsas məqsəd şagirdlərin mətn 
redaktorunda yığdıqları mətni kompüterin yaddaşında saxlamaqdır. Onu çapa 
göndərmək bacarığı isə dərsin sonrakı mərhələlərində formalaşdırılır. Tapşırığın 3-
cü addımında mətn yığmaq göstərişi verilsə də, dərsin məqsədi şagirdlərə mətn 
yığmağı öyrətmək deyil. Ona görə də müəllim dərsin vaxtına qənaət məqsədi ilə daha 


68
kiçik mətndən istifadə edə bilər. Lakin şagirdlərə yığdıqları mətndə səhvlərin 
aşkarlanması və onların düzəldilməsi ilə bağlı tövsiyələr verilə bilər.
Tapşırıq yerinə yetirilərkən müəllim şagirdlərə mətn redaktorunda iş bacarıqlarını 
yada salmaq üçün istiqamətləndirici suallar verə bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin