Diferensial təlim . Görmə problemləri olan şagirdlərə daha qısa mətn verməklə
kompüterlərində şriftin ölçüsünü böyütmək olar.
İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında təşkil oluna bilər. Şagirdlərin
qazandıqları yeni bacarıqlarla bağlı yaranan sual və çətinliklər aşkarlanıb müzakirə edilə
bilər. Müəllimin bir neçə işi proyektor vasitəsilə nümayiş etdirməsi daha yaxşı olardı.
Adətən, şagirdlər yığdıqları mətni yaddaşda saxlayarkən qovluğun və faylın adının
yazılmasında çətinlik çəkirlər. Tapşırıqdakı göstərişlərə əsasən, şagird yeni faylı əvvəl
yaratdığı qovluqda saxlamalıdır. Əgər əvvəlki dərslərdə kompüterin yaddaşında şəxsi
qovluq yaradılmayıbsa, müəllim şagirdlərə bunu proyektor vasitəsilə nümayiş etdirə bilər.
Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar
oxunur. Müəllimə tövsiyə olunur ki, oxunan materialları proyektor vasitəsilə əyani
şəkildə nümayiş etdirsin. Mətn redaktorunda sənədin hazırlanması dedikdə nəyin ba-
şa düşüldüyü əyani şəkildə nümayiş oluna bilər. Sonra müəllim sənədi çapa gön-
dərməzdən əvvəl onun vərəqdə görünüşünü yoxlamağı xatırladır. Bunun üçün
File
→ Print Preview
komandalarından necə istifadə edildiyini göstərir. Sənədi çapa
göndərmək qaydasını yada salır və sənədi çap edir.
“Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə yerinə yetirilə
bilər. Bunun üçün şagirdlərin kompüterlərinə
OpenOffice.org Writer proqramını
yükləmək lazımdır. Bu proqramı http://www.openoffice.org/ ünvanından yükləmək olar.
Müəllim dərsin bu mərhələsində şagirdlərə yaradıcı tapşırıq verə bilər: şagirdlər
Novruz bayramı haqqında 3 – 4 cümlə yığır və onu redaktə edir. Mətnin hərflərinin
rəngi, başlığın şrifti, düzləndirilməsi ilə bağlı tövsiyələr verilir. Şagirdlər onu
“Novruz” adı ilə kompüterin yaddaşında və fləş-yaddaşda saxlaya bilərlər.
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş
tapşırıqların cavablarını müzakirə edə bilər.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym ə tl ə ndirm ə meyarı : kompüterdə işləmə