Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə43/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Dərs 10 / Mövzu 9:
 FAYLLAR VƏ QOVLUQLAR 
 
Əməliyyat sisteminin informasiya obyektləri olan “fayl” və “qovluq” anlayışlarını 
şagirdlərə real obyektlərlə müqayisədə izah etmək daha məqsədəuyğundur. 
Dərslikdə verilmiş materiallar da bu sxemlə qurulmuşdur. Sistem mühitinin əsas 
informasiya obyektləri haqqında danışarkən nəzərə almaq lazımdır ki, bu anlayışlar 
haqqında tam təsəvvürlər praktik iş nəticəsində formalaşır. Ona görə də dərsin 
kompüter sinfində keçilməsi daha məqsədəuyğundur.
Qeyd etmək lazımdır ki, kompüterin qovluqlarına 
kataloq
da deyilir. Əgər 
kompüterdə xarici yaddaş virtual disklərə ayrılıbsa, məsələn, C, D və s. bu zaman 
onları əsas qovluqlar saymaq olar. Bəzi qovluqları əməliyyat sistemi özü yaradır və 
orada sistemin komponentləri saxlanılır. İstifadəçi də lazım olan qovluqları yarada 
bilər. Kompüterdə olan bütün fayl və qovluqların nizamlı strukturu 
fayl sistemi
adlanır. 
Müəllim təlim nəticələri yüksək olan siniflərdə kompüterin fayl strukturunu izah 
etmək üçün belə bir qraf çəkə bilər.

Şagirdlərə xatırlatmaq olar ki, 
onlar əvvəllər iş masasında 
müxtəlif fayl və qovluqlara rast 
gəlmişlər və onlardan bəzilərin – 
C
omputer, Recycle Bin
xüsusi 
qovluqlarının simgələri ilə tanış-
dırlar. Təlim məqsədlərini real-
laşdırarkən fayl və qovluqlarla 
sadə 
əməliyyatların 
icra 
edilməsinə fikir vermək lazımdır. 
Müəllim reallaşdırılacaq bacarıqları proyektor vasitəsilə nümayiş etdirə bilər.
Müəllim mövzuya başlayarkən fayl və qovluqları real obyektlərlə müqayisə 
etmək məqsədi ilə vərəqlərin, şəkillərin və digər vacib sənədlərin harada saxlanıldı-
ğını soruşa bilər.
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq yerinə yetirilir. Bu tapşırığın 
məqsədi şagirdlərdə fayl və qovluqlarla müxtəlif əməliyyatları yerinə yetirmək ba-
carıqlarını formalaşdırmaqdır. Tapşırıqda göstərişlər qovluqlara aid olsa da, əməliy-
yatların bir çoxu eynilə fayllara da şamil edilə bilər. Praktik iş zamanı müəllim 


53
şagirdlərə kontekst menyusu, onun açılması ilə bağlı istiqamətləndirici suallar verə 
bilər. Fəaliyyət vaxtı şagirdlərdə yaranacaq suallara əyani olaraq cavab vermək üçün 
müəllimə proyektordan istifadə etmək tövsiyə olunur.
İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin təd-
qiqat işində qazandıqları yeni bacarıqlarla bağlı yaranan sualların və çətinliklərin 
aşkarlanıb müzakirə edilməsi tövsiyə olunur.
Şagirdlər, adətən, qovluğun adını dəyişdirərkən siçanın sağ düyməsini simgənin 
üstündə deyil, kənarda çıqqıldadırlar. Bu onların kontekst menyusu ilə iş 
təcrübələrinin az olması ilə əlaqədardır. Müəllimin bu bacarığı bir neçə dəfə nümayiş 
etdirməsi şagirdlər üçün faydalı olardı. Qovluğun adının dəyişdirilməsində başqa bir 
çətinliklə də qarşılaşmaq olar: kontekst menyusundan 
Rename
bəndini
çıqqıldatdıqdan sonra qovluğun adı seçdirilmiş olur. Şagirdlər çaşaraq qovluğun 
adını bir daha seçdirməyə çalışırlar. Bu zaman seçdirmə rejimi adi rejimə keçir. Ona 
görə də şagirdlərə məsləhət görmək olar ki, 
Rename
bəndini çıqqıldadandan sonra 
siçana toxunmaq lazım deyil. Sadəcə, istədiyiniz adı yazmaq lazımdır. Qovluğun 
adını dəyişmək üçün başqa üsul da vardır. Məsələn, siçanın göstəricisini qovluğun 
simgəsinin üzərinə gətirib iki dəfə (fasilə ilə) çıqqıldatmaqla onun adını dəyişdirmək 
olar. Lakin indiki mərhələdə bu bacarığın reallaşdırılması tövsiyə olunmur. Çünki 
şagirdlər iki dəfə (fasilə ilə) çıqqıldatmanı 
qo
ş
a çıqqıltı
ilə qarışdıra bilərlər.
Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar oxuna 
bilər. Dərslikdə “fayl” anlayışı ilkin təsəvvürlər yaratmaq səviyyəsində verilmişdir. 
Müəllim məqsədəuyğun hesab edərsə, lövhədə fayl və qovluğun tərifini yaza bilər. 
Fayl – kompüterin xarici yadda
ş
ında veril
ə
nl
ə
r toplusu 
şə
klind
ə
 saxlanılan 
obyektdir. Qovluq – dig
ə
r qovluqları v
ə
 faylları özünd
ə
 qrupla
ş
dıran obyektdir.
Müəllim proyektordan istifadə etməklə müxtəlif fayl və qovluqların simgələrini nü-
mayiş etdirə bilər. Fayl və qovluqların yaradılması, saxlanması, açılıb-qapadılması, 
adının dəyişdirilməsi, uzaqlaşdırılması, simgəsinin yerinin dəyişdirilməsi və surəti-
nin çıxarılması əməliyyatlarını proyektor vasitəsilə nümayiş etdirmək çox vacibdir. 
Bu zaman şagirdlər müəllimin icra etdiyi əməliyyatları öz kompüterlərində təkrar 
etməklə bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığın müəllimin şərhi ilə 
yerinə yetirilməsi daha məqsədəuyğundur. Faylları açarkən sistem özü uyğun tətbiqi 
proqramı başladır. Bunu nümayiş etdirməklə müəllim müvafiq izahatlar verə bilər. 
Dərsin bu mərhələsində şagirdlərə yaradıcı tapşırıq da təklif etmək olar: hər şagird 
özü üçün iş masasında qovluq yaradır və onun simgəsini dəyişir. Bunun üçün 
qovluğun kontekst menyusundan istifadə etmək olar: 
Properties
bəndini seçdikdən 
sonra 
Change Icon
düyməsini çıqqıldatmaq lazımdır. 
Müəllim bu tapşırığı şagirdlərlə paralel olaraq icra edə və 
proyektorda göstərə bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin