49
müqayisə etmək olar. Dərs praktik bacarıqları formalaşdırdığı üçün onun kompüter
sinfində keçilməsi məqsədəuyğundur.
Şagirdlər ibtidai siniflərdə kompüterə aid bəzi mövzularla tanış olmuşlar.
Onların biliklərini aktivləşdirmək və bilik səviyyələrini yoxlamaq üçün diaqnostik
qiymətləndirmə keçirilməsi məqsədəuyğundur. Bunun üçün müəllim şagirdlərdən
ekranda açılan ilkin təsviri adlandırmağı xahiş edə bilər. Bu zaman o, dərslikdə ve-
rilmiş şəkli şərh edə və şagirdlərə adi iş masasının üzərində hansı əşyaların olduğu
barədə suallar verə bilər. Burada məqsəd kompüterin iş masası ilə analogiya
yaratmaqdır. Virtual obyektləri real obyektlərlə müqayisəli şəkildə izah etmək daha
məqsədəuyğundur. Dərslikdə verilmiş suallarla bağlı müzakirə təşkil etmək olar.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı yerinə yetirən zaman şagirdlər
kompüterin qarşısında cütlərlə əyləşdirilə bilərlər. Bu onlarda informativ-kommunikativ
bacarıqların formalaşdırılmasına da kömək edər. Kompüterlərin sayı imkan verərsə, şa-
girdlər tək-tək də işləyə bilərlər. Bu tapşırığın məqsədi odur ki, şagirdlər kompüterin iş
masası ilə tanış olsunlar və orada hansı simgələrin olduğunu müəyyən etsinlər. Simgənin
seçdirilməsi, yerinin dəyişdirilməsi kimi praktik vərdişlərə yiyələnsinlər. Bu tapşırığı
yerinə yetirməzdən əvvəl müəllim sual-cavabla şagirdlərin aşağı siniflərdən uyğun
bacarıqları nə dərəcədə mənimsədiklərini yoxlaya bilər. Şagirdlər aşağı siniflərdən “iş
masası” və “simgə” anlayışları ilə tanış olduqlarından tapşırığın şərtində bu sözlərdən isti-
fadə olunması heç bir çətinlik yaratmamalıdır. Əks halda müəllim uyğun izahat verə bilər.
Dostları ilə paylaş: