44
işlərinin toplanması onların bilik və bacarıqlarının inkişafının izlənməsi üçün böyük
əhəmiyyət kəsb edir. Portfolioların surətləri istənilən vaxt şagirdin özünə, yaxud
valideyninə verilə bilər.
Praktik dərslərdən əvvəl müəllimə bütün kompüterləri işə salmaq və nasazlıqları
mümkün qədər aradan qaldırmaq tövsiyə olunur. Dərsə
başlayarkən kompüterlərin
qoşulu vəziyyətdə olması vaxta qənaət etmək baxımından çox əhəmiyyətlidir. Elə bu
məqsədlə bütün kompüterlərin iş masalarına istifadə olunan proqramların (mətn və
qrafik redaktor, ALPLogo, müxtəlif brauzerlər və s.) simgələri çıxarıla bilər.
Kompüter sinfində işi düzgün təşkil etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək
lazımdır:
•
uşaqlar kompüterdə işə o qədər aludə olurlar ki, uzun müddət ondan əl çəkə
bilmirlər. Ekran qarşısında çox oturmaq onların görmə orqanlarına
və fiziki
sağlamlıqlarına mənfi təsir göstərə bilər;
•
displeydə bir obyektə uzun müddət baxdıqda uşaq gözünün akkomodasiya qa-
biliyyəti (fokusun dəyişməsi) xeyli zəifləyir. Buna səbəb odur ki,
göz uzun
müddət monitordan eyni məsafədə yerləşən nöqtələrə zillənir. Ona görə də gözü
ekrandan çəkəndən sonra yaxında və uzaqda yerləşən obyektlərə fokusun uy-
ğunlaşması dərhal deyil, bir müddətdən sonra və tədricən baş verir;
•
bütün diqqəti ekranda olan şagird gözlərini daha az qırpır. Bunun nəticəsində
göz almasının xarici səthi az islanır. Bu da gözün selikli qişasının qıcıqlanma-
sına səbəb olur.
Sadalanan mənfi halların qarşısını almaq üçün müəllimə aşağıdakılar tövsiyə olunur:
1.
Hər bir praktik dərsə başlayan zaman kompüter otağında davranış və
təhlükəsizlik qaydaları barədə şagirdlərə xatırlatmaq lazımdır.
Bu qaydalar
dərsliyin son səhifəsində yerləşdirilmişdir.
2.
Dərsə başlamazdan əvvəl hər bir şagirdə yaxınlaşıb onun monitorunun
parlaqlığını və kontrastlığını nizamlayın.
3.
Kompüter siniflərində müxtəlif fəaliyyət növlərindən istifadə edilməsinə fikir
verin. Sinifdə kompüter stolları ilə yanaşı, adi partaların olması
digər
fəaliyyətlər – kitab və dəftərlə iş, layihələrin işlənməsi və oyunların keçirilmə-
si üçün faydalı olardı.
4.
Fikir vermək lazımdır ki, 5-ci sinif şagirdləri kompüter qarşısında 25 – 30
dəqiqədən çox işləməsinlər. Əgər şagirdin gözlə bağlı şikayəti varsa, dərhal
onu, kompüterdən ayırmaq lazımdır.
Müəllim praktik dərsləri, əsasən, üç mərhələdə qura bilər:
1.
Şagirdlərdə maraq oyatmaqla yanaşı, dərsdə formalaşdırılacaq bacarıqlar
noutbuk və proyektor vasitəsilə nümayiş etdirilir, lazım
olan təlimatlar
verilir.
2.
Şagirdlər kompüter qarşısında əyləşdirilir və müəllimin nəzarəti ilə yeni
bacarıqları formalaşdıracaq tapşırıqları yerinə yetirirlər.
3.
Şagirdlərin işlərinə baxış keçirilir, onların çətinlik
çəkdikləri məqamlar mü-
zakirə olunur və işlər dəyərləndirilir.