Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

• • • – – – • • •
kimi kodlaşdırılır.
Nümunə üçün Brayl əlifbası haqqında da məlumat vermək olar. Bu əlifba ətrafı 
görməyən insanlar üçün yaradılıb. Brayl əlifbası (bu əlifba çıxıntılar və 
çöküntülərdən ibarətdir) əsasında hazırlanmış kitablar, kompüterlər mövcuddur.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə 
yerinə yetirilə bilər. Burada məşhur alim FARABİ-nin adı kodlaşdırılmışdır.
Şagirdlərə araşdırma xarakterli başqa tapşırıq da vermək 
olar: şagirdlər ştrix-kod barədə informasiya toplamalı və 
məhsulun Azərbaycana aid olub-olmadığını müəyyən et-
məlidirlər. Bu tapşırığın evə verilməsi daha məqsədəuy-
ğundur. Azərbaycana məxsus malın ştrix-kodunun ilk 3 
rəqəmi – prefiksi 
476-dır. 
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud 
aşağıdakı oyunlar oynanıla bilər. 
Oyun. Qar
ğ
a dili. 
Sözl
ə
ri kodla
ş
dırmaq üçün bu qaydadan istifad
ə
 olunur: sözd
ə
 
olan h
ə
r bir saitd
ə
n sonra “b” s
ə
si v
ə
 h
ə
min saitin özü artırılır; m
ə
s
ə
l
ə
n, “kitab” 


37
sözü “ki
bi
ta
ba
b”, “d
ə
ft
ə
r” sözü is
ə
 “d
ə
b
ə
ft
ə
b
ə
r” kimi s
ə
sl
ə
ndirilir. 1-ci komanda 
bir neç
ə
 sad
ə
 sözd
ə
n ibar
ə
t cüml
ə
ni yazmadan 
ş
ifahi olaraq kodla
ş
dırıb s
ə
sl
ə
ndirir. 
2-ci komanda is
ə
 bu cüml
ə
ni dekodla
ş
dırıb söyl
ə
yir; m
ə
s
ə
l
ə
n: “Ha
ba
va
ba
 
i
bi
sti
bi
di
bi
r”. Sonra 2-ci komanda kodla
ş
dırır, 1-ci komanda is
ə
 cüml
ə
ni b
ə
rpa edir.
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və 
tapşırıqlar” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Sonuncu tapşırıqda 
Morze əlifbası ilə kodlaşdırılmış söz “kompas”dır.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər. 
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarları
: şərhetmə, izahetmə, nümunələrgöstərmə 
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə 
Kodlaşdırmanın əhə-
miyyətini şərh etmək-
dən çətinlik çəkir.
Kodlaşdırmanın 
əhəmiyyətini qismən 
şərh edir.
Kodlaşdırmanın 
əhəmiyyətini əsasən 
şərh edir.
Kodlaşdırmanın 
əhəmiyyətini şərh 
edir.
İnformasiyaların sadə 
işarələrlə kodlaş-
dırılmasını izah etmək-
dən çətinlik çəkir.
İnformasiyaların sadə 
işarələrlə kodlaşdı-
rılmasını müəllimin 
köməyi ilə izah edir.
İnformasiyaların sadə 
işarələrlə kodlaşdırıl-
masını izah edərkən 
kiçik səhvlərə yol verir.
İnformasiyaların sadə 
işarələrlə 
kodlaşdırılmasını 
düzgün izah edir.
İnformasiyanın 
kodlaşdırılmasına 
nümunələr göstər-
məkdə çətinlik çəkir.
İnformasiyanın 
kodlaşdırılmasına 
nümunələr müəllimin 
köməyi ilə göstərir.
İnformasiyanın 
kodlaşdırılmasına 
nümunələr göstərərkən 
kiçik səhvlərə yol verir.
İnformasiyanın 
kodlaşdırılmasına 
düzgün nümunələr 
göstərir.
Dərs 3 / Mövzu 3:
 İNFORMASİYA MODELİ
 
Modelləşdirmə informatikanın mühüm sahələrindən biridir. Müasir texnologiyaların 
inkişafında mühüm sahə olan modelləşdirmə nəzəriyyələrin bir çoxunun əsasını 
təşkil edir. Bu baxımdan dərsin təlim məqsədlərini reallaşdırarkən şagirdləri əvvəlcə 
adi “model” anlayışı ilə tanış etmək tövsiyə olunur. İstənilən obyektin modelini 
qurmaq üçün əvvəlcə onun əhəmiyyət daşıyan əlamətlərini müəyyənləşdirmək 
lazımdır. Sonra isə maddi və informasiya modellərinin yaradılması, onlardan necə 
istifadə olunmasına dair nümunələr göstərmək və onların fərqini izah etmək olar. 
İnformasiya modellərinin üstünlükləri, növləri və onlardan necə istifadə edilməsinin 
izahı üçün gündəlik həyatda rast gəldiyimiz nümunələr göstərilə bilər.


38
Müəllim mövzuya başlamaq üçün şagirdlərin “model” sözü haqqında biliklərini 
yoxlaya bilər. Uşaqların ən çox tanıdığı modellər, əsasən, maddi modellərdir. 
Müəllim şagirdlərin informasiya modelləri ilə tanışlıq səviyyəsini sadə nümunələr 
əsasında yoxlaya bilər; məsələn: o, üçölçülü kompüter modelləri, bina və evlərin 
kompüterdə işlənmiş dizayn layihələrini gördükləri haqqında şagirdlərə suallar verə 
bilər. Dərslikdə verilmiş şəkillər barədə diskussiya təşkil etmək olar.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq yerinə yetirilir. Bu tapşırıqda məqsəd 
verilmiş obyektlərin öyrənilməsindən asılı olaraq onların əhəmiyyətli sayılan əlamətlərinin 
təsvir edilməsidir. Ona görə də tədqiqat işi ilə bağlı izahat verərkən bildirmək olar ki, futbol 
meydançasının şəklini çəkmək vacib deyil. Əgər bizi onun eni, uzunluğu və digər ölçüləri 
maraqlandırırsa, bunu yazı və ya cədvəllə də vermək olar. Əgər meydandakı oyunçuların 
mövqeyi maraqlandırarsa, bunu sxemlə vermək daha münasibdir. Həftə ərzində keçiləcək 
dərslərin siyahısını cədvəllə təsvir etmək əlverişlidir. Əgər bizi hər gün neçə dərsin olduğu 
maraqlandırarsa, bunu ədədlə də göstərmək mümkündür.
İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin mü-
zakirəyə daha fəal cəlb olunmaları üçün təqdim edilən formaların üstün və mənfi cə-
hətlərini soruşmaq olar; məsələn:
– Xoşladığınız dondurmanı hazırlamaq üçün onun şəkli kifayət edirmi? Sizin istədiyi-
niz dadı verən dondurmanı hazırlamaq üçün hansı əlavə məlumatlar lazımdır?
Mövzunun şərhini təqdimat vasitəsilə təşkil etmək məqsədəuyğundur. Müəllim 
model, maddi v
ə
 informasiya modell
ə
rin
ə

aid nümunələri şəkillərlə izah edə bilər. 
İnformasiya modellərinin növləri barədə danışarkən Azərbaycan dili, riyaziyyat, təsviri 
incəsənət və digər fənlərdə bu növlərin hansından istifadə edildiyini soruşmaq olar.
Dərsliyin “Bu, maraqlıdır” hissəsində verilmiş nümunə maddi və informasiya 
modellərinin fərqli cəhətlərini izah etmək üçün faydalıdır.
Şagirdlərə informasiya modellərinin növlərini müəllimin misallar vasitəsilə izah 
etməsi faydalı olar.
Dərsliyin bu hissəsində verilmiş misal isə informasiya modellərinin gündəlik 
həyatda tətbiqini göstərir. Müəllim şagirdlərdən hər növə aid nümunələrə harada rast 
gəldiklərini soruşa bilər. 
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə yerinə 
yetirilə bilər. Bunun üçün hər bir məqsəd üzrə hansı informasiyanın daha əhəmiyyətli 
olduğu müəyyənləşdirilməlidir. Məsələn, insanın 1 yaşında necə göründüyünü bildirmək 
üçün ən əlverişli forma onun şəklidir. 2-ci tapşırıqda isə məktəbi dəyişdirmək üçün qiymət 
cədvəli, məktəb rəhbərliyinin fikirləri daha vacibdir. Ona görə də uyğun informasiya 
modeli qiymət cədvəli və sözlə verilmiş modellər ola bilər. Müəllim əlavə tapşırıq kimi 
şagirdlərə sinif otağının modelini iki formada – şəkil və sxemlə hazırlamağı təklif edə bilər.
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və tapşı-
rıqlar” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.
 
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər:
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarları

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin