Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə40/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Diferensial təlim.
Aşağı siniflərdən uyğun bacarıqlara yiyələnmiş şagirdlərə daha mü-
rəkkəb tapşırıq verilə bilər; məsələn: bəzi proqram və qovluqların simgələrini iş ma-
sasına çıxarmaq, iş masasında bəzi proqramları tapşırıqlar zolağına yerləşdirmək və s. 
Tapşırığın nəticəsi iş vərəqlərində hər addımın cavabı kimi qeyd edilir. Sonra 
müəllim bu vərəqləri yığıb qiymətləndirmədə istifadə edə bilər.
Müzakirə dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdləri müzakirəyə 
daha fəal cəlb etmək üçün müəllim onlara tanış olan simgələri, bu simgələrlə hansı 
işlərin görüldüyü barədə suallar verə bilər. Müzakirəni iş masasında olan obyektlərə 
aid suallar üzərində də qurmaq olar. 
Dərsliyin “Fəaliyyət” hissəsində sonra verilən izahat və yeni məlumatlar oxuna 
bilər. Müəllim mövzuya marağı artırmaq üçün şagirdlərə tanış olan proqram 
simgələri haqqında müxtəlif suallar verə bilər.
Dərslikdə verilmiş mətnin oxunuşu zamanı tövsiyə olunur ki, müəllim 
Computer

Recycle Bin 
simgələri barədə qısaca məlumat versin və onları proyektorda nümayiş 
etdirsin. Müəllim analogiyadan istifadə etməklə kompüterin iş masasında, adi iş 
masasında olduğu kimi, müxtəlif obyektlərin yerini dəyişmək və ya onları tamamilə 


50
uzaqlaşdırmaq mümkün olduğunu nümayiş etdirə bilər. Tövsiyə olunur ki, müəllim iş 
masasının fonunun necə dəyişdirilməsini də nümayiş etdirsin.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığı yerinə yetirərkən şagird-
lər bir neçə kompüteri müqayisə edə bilərlər. Müəllimin kompüterlərin əməliyyat sis-
temlərindən asılı olaraq bəzi simgələrin fərqləndiyini izah etməsi faydalı olar.
Diferensial təlim.
Müəllim təlim nəticələri yüksək olan şagirdlərə yaradıcı iş təklif 
edə bilər: hər şagird özü bir simgə fikirləşib hazırlayır və adlandırır.
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş 
tapşırıqların cavablarını müzakirə edə bilər.
 
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər. 
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarları
: şərhetmə, icraetmə

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin