Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə37/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

 
F
ə
rqli hiss
ə
l
ə
r Ox
ş
ar hiss
ə
l
ə

 
 
 
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində verilmiş 
tapşırıqların cavablarını müzakirə edə bilər. 4-cü tapşırıq kompüterlərin təsnifatının real 
həyatımıza tətbiqi ilə əlaqədardır. Sualın 1-ci hissəsinin cavabı “Masaüstü kompüter”, 2-
ci hissəsinin cavabı “Noutbuk”, 3-cünün cavabı isə “Ovuciçi kompüter”dir.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarları
: fərqləndirmə, təsnifetmə 
 
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə 
Fərdi kompüterləri bir-
birindən fərqləndir-
məkdə çətinlik çəkir.
Fərdi kompüterləri 
bir-birindən qismən 
fərqləndirir.
Fərdi kompüterləri 
bir-birindən əsasən 
fərqləndirir.
Fərdi kompüterləri 
bir-birindən düzgün 
fərqləndirir.
Fərdi kompüterləri 
təsnif etməyə çətin-
lik çəkir.
Fərdi kompüterləri 
müəllimin köməyi 
ilə təsnif edir.
Fərdi kompüterləri 
təsnif edərkən kiçik 
səhvlərə yol verir.
Fərdi kompüterləri 
düzgün təsnif edir.
Dərs 7 / Mövzu 6:
 KOMPÜTER NECƏ İŞLƏYİR 
 
Şagirdlər kompüterlə ilk tanışlıq dərsi də daxil olmaqla bütün praktik dərslərdə 
əməliyyat sistemi ilə təmasda olurlar. Əməliyyat sisteminin öyrənilməsi informatika 
kursunun mühüm və məsuliyyətli mərhələlərindəndir. Hər bir əməliyyat sisteminin 
3 əsas funksiyası vardır: 1) kompüterin qurğularının idarə edilməsi; 2) istifadəçi ilə 
qarşılıqlı əlaqə; 3) fayllarla iş. 
İstifadəçi kompüterdə işləyərkən əvvəlcə hər hansı bir proqramı başlatmalı, orada 
yerinə yetirilmiş işi (faylı) yaddaşda saxlamalı, sonra isə ehtiyac olarsa, bu faylla 
müəyyən əməliyyatları icra etməli olur. Əməliyyat sistemində iş texnologiyasını pis 
bilmək kompüterdə faylların təsadüfən silinməsinə və proqram təminatının korlan-
masına səbəb olur. Ona görə də əməliyyat sistemi ilə ilk tanışlıq dərslərində 
müəllimə bütün şagirdlərin işini nəzarətdə saxlamaq və onlara lazımi məsləhətlər 
vermək tövsiyə olunur.
Mövzuya başlamaq üçün mürəkkəb obyektlər haqqında bilikləri aktivləşdirmək və 
bu obyektlərin müxtəlif hissələrdən ibarət olduğunu vurğulamaq olar. Dərsdə 
əməliyyat sistemlərinin rolundan danışarkən kompüterin hissələrini göstərmək və 
onların bir-biri ilə əməliyyat sistemi vasitəsilə əlaqələndirildiyini qeyd etmək olar. 


47
Dərs praktik bacarıqları formalaşdırdığı üçün onun kompüter sinfində keçilməsi 
məqsədəuyğundur.
 
Müəllim mövzuya başlamaq üçün insanın yaratdığı qurğular barədə məlumat 
verə bilər. Onların arasında elələri var ki, müdaxilə olmadan bəzi işləri icra edir. 
Mövzunu kompüterlərin üzərinə gətirməklə müəllim şagirdlərin aşağı siniflərdə 
kompüterdə hansı işlər gördüklərini, onun hissələri haqqında nə bildiklərini yoxlaya 
bilər. Şagirdlərin diqqətini dərslikdəki şəklə yönəltmək üçün müəllim şəkil haqqında 
bir neçə sual verə bilər.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda şagirdlər bəzi obyektlərin hissələri 
arasında əlaqələri araşdırmalıdırlar. Onlar özləri belə bir nəticəyə gəlməlidirlər ki, 
mürəkkəb obyektin hissələri bir-biri ilə müəyyən bir sistem vasitəsilə əlaqədə olur. 
Müəllim saat mexanizmi haqqında sadə formada məlumat verə bilər. Məsələn, saat 
korpusdan, əqrəblərdən, içərisində olan mexanizmlərdən ibarətdir. Sıxılmış yay açıldıqca 
saniyə əqrəbi fırlanır. Saniyə əqrəbi tam dövr etdikdən sonra dəqiqə əqrəbi, dəqiqə əqrəbi 
də tam dövr etdikdən sonra saat əqrəbi hərəkət edir.
Avtomobilin hissələrinin də iş prinsipini sadə sözlərlə izah etmək olar. Məsələn, 
mühərrik fırlandıqca təkərləri fırladır. Təkərlərin istiqaməti sükanla idarə olunur. Müəl-
lim işi qruplarla təşkil etmək istəyərsə, tədqiq olunan obyektlərin sayını artıra bilər.
Müəllim şagirdləri dərsliyin bu hissəsində verilmiş yeni biliklərlə tanış edə bilər. 
İmkan olarsa, kompüterin sistem blokunu açıb, içərisini şagirdlərə nümayiş etdirmək 
faydalı olardı. Bu zaman şagirdlər “sistem bloku”nun nə üçün belə adlandırıldığını daha 
yaxşı başa düşər. “Aparat təminatı” anlayışını izah edərkən müəllimin şagirdlərə 
kompüterin hissələrini, onları bir-birinə bağlayan kabelləri göstərməsi məqsədəuyğundur.
Müəllim müxtəlif suallarla mövzuya marağı artıra bilər: – Sizin kompüterinizdə 
hansı proqramlar var? Onlardan hansılarla işləmisiniz? Kompüter necə işləyir? Necə 
olur ki, o sizi başa düşür və “dediyinizi” yerinə yetirir? Nə üçün masaüstü 
kompüterin bu qədər hissələri var? Əməliyyat sistemi izah edilərkən smartfonların 
əməliyyat sistemlərinin də adı çəkilə bilər.
“Bu, maraqlıdır” hissəsində verilmiş nümunə siniflə müzakirə oluna bilər.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığın ikinci hissəsi də elə bu 
zaman müzakirə oluna bilər. Bu tapşırıqda simfonik orkestrlə bağlı sualın cavabı 
“dirijor”dur.


48
Müəllim şagirdlərdən proqramla işləyən hansı qurğuları tanıdıqları barədə suallar 
verə bilər. “Robot, paltaryuyan maşın, pult və digər obyektlərin işi proqramlaşdırıl-
mışdır” dedikdə nə başa düşüldüyü müzakirə edilə bilər.
Əgər dərs kompüter sinfində keçilirsə, onda kompüteri işə salıb şagirdlərə əməliyyat 
sisteminin necə yükləndiyini göstərmək olar. Bu zaman müəllim qara ekranda çıxan 
ağ yazılar haqqında məlumat verə və sistemin bütün qurğuların vəziyyətini 
yoxladığını söyləyə bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin