40
informasiyanın həcmi barədə şagirdlərdə müəyyən təsəvvürlər yaradır. Mətndə əsas
fikri saxlamaqla sözləri ixtisar edib onun həcmini azaltmaq olar.
Tədqiqat işinin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.
Şagirdlərin müzakirəyə daha fəal cəlb olunmaları üçün “Teleqram mətninin böyüklüyü
onun qiymətinə necə təsir edir? Daha az ödəniş üçün nə etmək lazımdır? Mətndəki
informasiyanın miqdarını necə azaltmaq olar?” və başqa suallar verilə bilər.
Dərsin şərhi zamanı dərslikdə olan mətn oxuna bilər. Şəkildə kompüterdə
yazılmış “B” hərfinin ikilik kodu göstərilmişdir. Bu zaman izah etmək olar ki,
kompüterdə hər bir simvol ikilik koda çevrilir. Nümunədə verilmiş misal əsasında
müxtəlif mətnlərin həcmi hesablana bilər. İnformasiyanın bir ölçü vahidindən
digərinə keçirilməsini daha yaxşı izah etmək üçün şagirdlərə hesablama xarakterli
sadə misallar vermək olar.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıqda şagirdlər disketi əldə
etməkdə çətinlik çəkə bilərlər. Bu zaman disket haqqında müəllimin məlumat verməsi
məqsədəuyğundur. Müəllim şagirdlərə müxtəlif tapşırıqlar verə bilər: “Dərsliyin şəkilsiz
və sxemsiz olan bir səhifəsinin hər hansı bir abzasındakı mətnin informasiya həcmini
hesablayın”.
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və
tapşırıqlar” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. 1-ci tapşırıq şagirdlə-
rin gündəlik həyatda rastlaşdıqları məsələlərlə bağlıdır. İndi, demək olar, hamı DVD
disklərdən istifadə edir. Həcmi 4 Gbayt olan filmi 700 Mbaytlıq disklərə yazmaq
üçün 6 disk lazımdır. 4-cü tapşırıqda isə bütün səhifədə 30 x 60 = 1800 simvol
olduğunu bildikdən sonra onu bitlərlə belə hesablamaq olar: 1800 x 8 = 14 400 bit.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər:
Qiym
ə
tl
ə
ndirm
ə
meyarları
: şərhetmə, fərqləndirmə, müəyyənləşdirmə
Dostları ilə paylaş: