I səviyyə II səviyyə III səviyyə IV səviyyə Seçdirmə alətlərini
fərqləndirməkdə
çətinlik çəkir.
Seçdirmə alətlərini
qismən fərqləndirir.
Seçdirmə alətlərini
əsasən fərqləndirir.
Seçdirmə alətlərini
tam fərqləndirir.
Şəklin fraqmentinin
yerini dəyişməkdə
və çoxaltmaqda
çətinlik çəkir.
Şəklin fraqmentinin
yerini dəyişir ,amma
çoxaltmaqda
çətinlik çəkir.
Şəklin fraqmentinin
kiçik səhvlər
buraxaraq yerini
dəyişir və çoxaldır.
Şəklin fraqmentini
sərbəst çoxaldır və
yerini dəyişir.
Seçdirmə alətini
şəffaf və qeyri-
şəffaf rejimlərində
istifadə etməkdə
çətinlik çəkir.
Seçdirmə alətini
ancaq qeyri-şəffaf
rejimində istifadə
edir.
Seçdirmə alətini şəffaf
və qeyri-şəffaf rejim-
lərində müəllimin
köməyi ilə istifadə
edir.
Seçdirmə alətini
şəffaf və qeyri-şəffaf
rejimlərində istifadə
edir.
Ev tapşırığı. Seçdirmə alətlərindən istifadə edərək rəsm hazırlayın. Onu fləş-
yaddaşa yazıb sinfə gətirin.
Dərs 32 / Mövzu 25: DÜNYA HÖRÜMÇƏK TORU MOTİVASİYA Müəllim sinfə müraciət edir:
–
Nə üçün insanlar kompüterlərlə, telefonlarla İnternetə qoşulurlar? İnternetdə nə
var? İnternet sizə hansı işlərinizdə kömək edə bilər?
Şagirdlərin fikirləri dinlənilir.
Müəllim soruşur:
–
İnternetdəki məlumatlar konkret olaraq harada yerləşir? “Məlumat İnternetdədir”
dedikdə nə başa düşülür?
Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən səsləndirilərək izah olunur.
Şagirdlərin fərziyyələri qeyd olunur.
TƏLİM NƏTİCƏLƏRİ •
İnternetin imkanlarını şərh edir;
•
brauzerdə sadə iş bacarıqları nümayiş etdirir;