Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Tədqiqat sualı: 
Qrafik redaktorda şəklin fraqmentinin yerini, ölçülərini necə 
dəyişmək və çoxaltmaq olar? 
 
TƏDQİQATIN APARILMASI 
Müəllim şagirdləri seçdirmə alətləri ilə, şəklin fraqmentinin çoxaldılması, başqa yerə 
köçürülməsi, silinməsi ilə tanış edir. Bu zaman o, proyektordan istifadə edərək 
şagirdlərə izahat verə bilər.
Tədqiqatı aparmazdan əvvəl müəllim şagirdlərlə kompüterdə iş qaydalarını və 
təhlükəsizlik texnikası qaydalarını təkrarlayır. Sinif cütlüklərə bölünür. Hər cütlük 
bir kompüterin qarşısında əyləşir və onlara dərsliyin “Fəaliyyət” hissəsində olan 
tapşırıq verilir.
Praktik iş zamanı seçdirmə alətləri, şəklin fraqmentinin çoxaldılması, başqa yerə kö-
çürülməsi, silinməsi bacarıqları ilə bağlı şagirdlərdə yaranacaq suallara əyani olaraq 
cavab vermək üçün müəllim proyektorda bu işlərin icrasını nümayiş etdirir. Şagirdlər 
sinifdə çəkdikləri şəkli evdə davam etdirmək istəsələr, müəllim bu işləri fləş-yaddaşa 
yazıb onlara verə bilər.
TƏLİM 
NƏTİCƏLƏRİ 

seçdirmə alətlərini fərqləndirir

şəklin fraqmentini çoxaldır və yerini dəyişir; 

seçdirmə alətini şəffaf və qeyri-şəffaf rejimlərində istifadə edir. 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, cütlərlə iş
 
İstifadə olunan 
ÜSULLAR 
Beyin həmləsi, kompüterdə iş 
 
Fənlərarası 
İNTEQRASİYA 
T.i. – 2.1.1, 2.1.2
 
 
 
TƏCHİZAT 
İş vərəqləri, proyektor, noutbuk 
 
Proqram 
TƏMİNATI 
MS Paint proqramı 


27
Diferensial təlim
. Təlim nəticələri yüksək olan və qrafik redaktorda işləməyi 
bacaran şagirdlərə daha mürəkkəb tapşırıqlar vermək olar: məsələn, məktəbinizin 
binasını çəkmək. Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə 
böyük həssaslıqla yanaşmalıdır. Onlara alma, şar çəkmək və onu çoxaltmaq kimi 
daha sadə tapşırıqlar vermək olar.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin