Microsoft Word Info-5 mv az (11-07-20). docx


MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
Müəllim bir neçə cütlüyün işini nümayiş etdirə bilər. Tapşırığın nəticəsi seçdirmə 
alətindən düzgün istifadə edilməsindən asılıdır. Seçdirmə alətindən düzgün istifadə 
edə bilməyən şagirdlərin nəticələri də uyğun olaraq səliqəsiz olacaqdır. Müzakirə 
zamanı müəllim bunu vurğulaya bilər. Məlumat mübadiləsi baş verir. Müəllim 
suallar verə bilər:

Şəkil hazırlayarkən hansı alətlərdən istifadə etdiniz? Seçdirmə alətindən necə 
istifadə etdiniz? Seçdirilmiş fraqmenti necə çoxaltdınız? Vərəqdə bu şəkli necə 
çəkəcəkdiniz?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə müraciət edir: 

Seçdirmə alətləri nə üçündür? 

Onlardan necə istifadə etmək olar? 
Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır: 

Bəzən rəsmi çəkərkən bütöv bir fraqmentin yerini dəyişmək, üzünü köçürmək, 
yaxud uzaqlaşdırmaq lazım gəlir. Bunun üçün seçdirmə alətlərindən istifadə 
olunur.
Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar oxunur. 
Müəllim oxunan materialları proyektor vasitəsilə əyani olaraq nümayiş etdirir. 
Seçdirmə alətləri və onlarla iş rejimləri sadalandıqca müəllim onları proyektor vasi-
təsilə göstərir. Seçdirilmiş fraqmentlərin çoxaldılması və yerinin dəyişdirilməsi 
dərslikdə verilmiş qayda ilə nümayiş edilir. Bu zaman şagirdlər müəllimin yerinə 
yetirdiyi əməliyyatları öz kompüterlərində təkrar etməklə bu bacarıqlara daha 
asanlıqla yiyələnə bilər.
Müəllim fraqmentin çoxaldılmasını iki üsulla göstərə bilər: 1. Fraqmenti bufer yad-
daşına yazmaqla (Copy) və sonra iş sahəsinə salmaqla (Paste). 2. Klaviaturada 
klavişindən istifadə etməklə.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin 
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 
YARADICI TƏTBİQETMƏ
Müəllim dərsin bu mərhələsində şagirdlərə yaradıcı iş təklif edə bilər:
– İstədiyiniz fiquru çəkin. Onu çoxaldaraq naxışlar yaradın. İşi kompüterin 
yaddaşında saxlayın. 
QİYMƏTLƏNDİRMƏ 
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər.


28
 
Qiym
ə
tl
ə
ndirm
ə
 meyarları
: fərqləndimə, alətdən istifadəetmə 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin