Microsoft Word Info-5 mv az (11-07-20). docx


fərqləndirmə, izahetmə  I səviyyə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə30/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392


fərqləndirmə, izahetmə 
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə 
İnformasiyanı 
növlərinə görə 
fərqləndirməkdə 
çətinlik çəkir.
İnformasiyanı 
növlərinə görə 
qismən fərqləndirir.
İnformasiyanı 
növlərinə görə əsasən 
fərqləndirir.
İnformasiyanı 
növlərinə görə 
düzgün fərqləndirir.
İnformasiyanın 
qəbulunda alətlərin
cihazların rolunu 
izah etməkdə 
çətinlik çəkir.
İnformasiyanın 
qəbulunda alətlərin, 
cihazların rolunu 
müəllimin köməyi 
ilə izah edir.
İnformasiyanın 
qəbulunda alətlərin, 
cihazların rolunu izah 
edərkən kiçik səhvlərə 
yol verir.
İnformasiyanın 
qəbulunda alətlərin, 
cihazların rolunu 
düzgün izah edir.
Dərs 2 / Mövzu 2:
 İNFORMASİYANIN KODLAŞDIRILMASI
 
İnformasiyanın kodlaşdırılması şagirdlərə aşağı siniflərdən rebus, Sezar kodu, “Bayraq 
əlifbası” vasitəsi ilə tanışdır. Kodlaşdırma mövzusunun tədrisində əsas məqsəd 
verilənlərin kompüterin yaddaşında necə təsvir olunduğunu izah etməkdir. İkilik 
kodlaşdırma vasitəsilə informasiyanın təsvir olunması yuxarı siniflərdə daha ətraflı 
şərh ediləcəkdir. 5-ci sinifdə kodlaşdırma ətrafımızdakı sadə nümunələrlə izah oluna 


35
bilər. “Kod” anlayışının dərsin əvvəlində deyil, ümumiləşdirmə hissəsində izah olun-
ması daha məqsədəuyğundur. Dərsin əvvəlində aşağı siniflərdən informasiyanın 
təqdim edilməsinin müxtəlif formalarını yada salmaq olar. Mövzu izah olunarkən kod 
və şifr anlayışlarını fərqləndirmək lazımdır. Şifrləmə informasiyadan istifadəni 
məhdudlaşdırmaq məqsədi ilə aparılan əməliyyatdır. Dərsə marağı artırmaq üçün 
şagirdlərə eyni bir informasiyanı müxtəlif formalarda kodlaşdırmaq tapşırıla bilər.
1.1.2 alt standartını küçələrdə, nəqliyyatda, ictimai yerlərdə, kitablarda şagirdlərin 
rast gəldikləri kodlaşdırılmış informasiya nümunələri əsasında reallaşdırmaq olar. 
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda olan infor-
masiyaların müxtəlif təqdimolunma formalarına yönəldə bilər. Bu zaman evdə, 
küçədə, məktəbdə rast gəlinən müxtəlif təqdimolunma formalarına dair nümunələr 
göstərilə bilər; məsələn: yol hərəkəti nişanları, işıqforun siqnalları, müxtəlif yazılar, 
məktəb zəngi və s. Dərslikdə verilmiş şəklə diqqəti cəlb edərkən müəllim Xəzər 
dənizi haqqında informasiyanın yazı, şəkil, notlar (işarələr) kimi müxtəlif formaları-
nı sadalaya bilər. Müəllim əlavə suallar da verə bilər: “Azərbaycan dilini bilməyən 
adam bu misraları başa düşərmi? Bəs rəsmi?” 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq informasiyanın müxtəlif for-
malarda təqdim edilməsinə aiddir. Bu tapşırıqda məqsəd verilmiş informasiyaları 
ədəd, cədvəl, şəkil, jest, simvol, mətn və s. formalarda təqdim etməklə bu formaları 
fərqləndirməyi bacarmaqdır. Şagirdlərin yaradıcılığı nəticəsində eyni bir informa-
siya müxtəlif cür təqdim oluna bilər. Məsələn, sinifdəki oğlan və qızların sayını ədəd, 
simvol, yazı, cədvəl şəklində təqdim etmək olar. Yağışın yağmasını isə hava proq-
nozlarında verilən simvollarla, mətnlə göstərmək olar. Beləliklə, şagirdlər kodlaş-
dırma haqqında bilikləri özləri kəşf edirlər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin