Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə31/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

Diferensial təlim
. Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan 
şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Məsələn:
İnformasiyanı göstərilmiş üsullarla təqdim edin: 
– Ovqatım yaxşıdır! (işarələrlə, jestlə) 
– Qışqırmaq qadağandır! (işarələrlə, jestlə) 
Üç üstəgəl dörd, bərabərdir yeddiyə. (işarələrlə, şəkillə)
İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin 
müzakirəyə daha fəal cəlb olunmaları üçün müəllim informasiyanın təqdim edilməsi 
formalarının hansı situasiyalarda daha anlaşıqlı və əlverişli olduğunu soruşa bilər. 
Məsələn, avtomobili idarə edən sürücü üçün “Düz getmək qadağandır!” 


36
informasiyası hansı formada daha anlaşıqlıdır: mətnlə, yoxsa nişanla? Müəllim izah 
edə bilər ki, başqa ölkələrdən gələn sürücülər yerli dildə yazılmış mətni başa 
düşmədiklərindən, yaxud sürətlə getdikdə mətni oxumağa vaxt olmadığından 
nişanlar daha əlverişlidir. 
Dərsin şərhini təqdimat vasitəsilə təşkil etmək yaxşı olardı. Müəllim şagirdlərə 
ətrafımızda istifadə olunan kodların müxtəlifliyindən söhbət açmaqla yanaşı,
kodlaşdırmanın mahiyyətini izah edə bilər. Kodlaşdırmanın tərifini izah edərkən 
bildirmək olar ki, 
informasiyanın kodla
ş
dırılması
dedikdə onu saxlamaq, ötürmək, 
yaxud emal etmək üçün daha əlverişli formada təqdim etmək nəzərdə tutulur. İnfor-
masiyanı kodlaşdırmaq üçün, əsasən, qrafik (şəkillər və ya nişanlar vasitəsilə), ədədi 
(ədədlər vasitəsilə) və simvol (verilmiş mətni təşkil edən əlifba simvolları vasitəsilə) 
formalarından istifadə olunur.
Bu hissədə verilmiş məlumatı şagirdlərin diqqətinə çatdırmazdan əvvəl, müəllim bu 
nişanların mənasını altındakı mətni oxumadan soruşa bilər. İkinci və üçüncü nişanlara 
baxmaqla onların mənasını söyləmək olar. Lakin birinci nişanın mənasını bilmək üçün 
altındakı yazını oxumaq lazımdır. Müəllim izah edə bilər ki, onun altındakı yazını 
oxuduqdan sonra mənasını başa düşdük, yəni 
dekodla
ş
dırdıq
.
“Bu, maraqlıdır” işarəsi ilə məşhur Morze əlifbası vasitəsilə hərf və rəqəmləri 
necə kodlaşdırmaq haqqında material oxuna bilər. Müəllim məşhur SOS – 
beyn
ə
lxalq q
ə
za siqnalı 
barədə informasiya verə bilər. SOS (Save Our Souls) – “Bizi 
xilas edin!” siqnalı Morze əlifbası ilə

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin